R

Eurasia Diary-nin verdiyi xəbərə görə, Oxford Business College-in nümayəndələri Zarina Urazalieva və Padmeş Qupta Oxford Business College-də təhsil almağın perspektivləri barədə böyük təqdimat mərasimi keçirmək üçün BAMF-ın dəvətilə Azərbaycana gəliblər. Təqdimat BAMF-ın rəhbərliyi altında yaradılan Avrasiya Təhsil Mərkəzi tərəfindən təşkil edilib və Beynəlxalq Fondun ofisində keçirilib.

Təqdimat mərasimində təhsil mərkəzinin təmsilçiləri, Azərbaycan universitetlərinin tələbələri və KİV nümayəndələri iştirak edib.

Tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev və Oxford Business College-in nümayəndəsi Padmeş Qupta əməkdaşlığa dair memorandum imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan xarici ali təhsil müəssisələrinə hazırlaşan tələbələrin ingilis dili üzrə bilik səviyyəsinin artırılması, eləcə də bakalavr və magistr dərəcələri almaq istəyənlərin sertifikasiyasının təşkili və yaxud xaricdəki müxtəlif peşəkar kurslarda təhsil almaq istəyənlərə ilkin hazırlıq mərhələsində biliklərin verilməsidir. Altı aylıq, bir və iki illik müddəti əhatə edən Oksford Biznes Kollecinin diplomları əsasında tələbələr Britaniyanın tanınmış ali təhsil müəssisələrində təhsil almaq üçün imkanları olacaq.  

1985-ci ildə yaradılan Oxford Biznes Kolleci müxtəlif səviyyəli biznes proqramlarında ixtisaslaşmış müstəqil təhsil müəssisəsidir. Qəbul komisssiyası və direktorun qismində iştirak edən nümayəndələr  il ərzində əlverişli günlərdə və münasib qiymətə  müasir tələbənin ehtiyaclarına cavab verən hər bir kurs barədə danışıb. Altı aylıq, illik və iki illik dövrü əhatə edən Oksford Biznes Kollecin diplomu əsasında tələbələrin tanınmış Britaniya universitetlərində təhsil almaq imkanı var.

Təqdimatda təhsil mərkəzlərinin nümayəndələri, ADA Universitetinin tələbələri və digər universitetlər iştirak edib.

Əməkdaşlığın əsas məqsədi - Azərbaycanda şagirdləri hazırlanmasının ilkin mərhələsində xarici universitetlərə qəbul üçün hazırlayan təhsilin verilməsi,    İngilis dili biliklərinin səviyyəsinin yüksəldilməsi, bakalavr və magistr dərəcələri üzrə sertifikatlaşdırmanın təşkili, xaricdə müxtəlif peşə kurslarında təhsilin təşkil olunmasıdır.  

Onlar həmçinin, Oksford Universitetinin tələbənin təhsilini qısa zamanda başa vurmaq və vaxt və pula qənaət edərək 3 + il əvəzinə cəmi iki ilə (britaniya tələbələrinin etdiyi kimi) elmi dərəcə almasına imkan verən xüsusiyyəti barədə danışıblar. Kollec Oxford şəhərinin tarixi mərkəzində yerləşir və şəhərin təklif etdiyi bütün gözəllik və abadlıq imkanlarından zövq almağa imkan verir.

“Avrasiya” Təhsil Mərkəzi bir sıra xarici dillərin öyrənilməsini təklif edir, ABŞ-da, Polşada, Böyük Britaniyada, Macarıstanda, Rusiyada və s. bütün dünyadan olan nüfuzlu beynəlxalq universitetlərlə, kollec və instiutlarla əməkdaşlıq edərək tələbələrə xaricdə təhsil almağı imkanı verir. “Avrasiya” Mərkəzi Azərbaycanda ECL statusu almış ilk qurumdur. Bu status tələbəyə əvvəlcə hazırlıq kursu keçməyə, daha sonra imtahandan uğurla keçməklə beynəlxalq dil sertifikatı almaq imkanı verir.