R

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusuna malik beynəlxalq bir təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ADA Universitetində təşkil olunan 6-cı Karyera Yarmarkasında iştirak edib. Hər il keçirilən yarmarka 2018-ci il martın 2-də ADA Universitetində Karyera İdarəetmə Mərkəzi tərəfindən təşkil olunub. ADA Universitetinin bir çox iddialı, qabiliyyətli və çalışqan tələbə və məzunları BAMF-ın nümayəndələri ilə söhbət etmək və təcrübə və iş imkanları barədə məlumat əldə etmək fürsətləri olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və BAMF-ın prezidentinin köməkçisi Anastasiya Lavrina tələbələrlə BAMF-ın ofisində gələcək karyera perspektivləri barədə bir sıra məlumatlandırıcı danışıqlar aparıblar. Onlar fondun iş istiqamətləri haqqında qısa məlumat verərərək vakansiya axtaranların çoxsaylı suallarına cavab veriblər.

BAMF həmçinin "Oxford Business College"-in nümayəndəsini ADA Universitetinin 6-cı Kariyer Sərgisinə qatılmaq və universitetlə tanış olmaq üçün dəvət edib. Zarina Urazaliyeva və Padmeş Qupta BAMF-ın təşəbbüsü ilə yaradılmış Avrasiya Təhsil Mərkəzinin təşkil etdiyi "Azərbaycanda ilk dəfə: Oxford Business College" adlı böyük təqdimatın 3 Mart 2018-ci ildə BAMF-ın ofisində keçirilməsi üçün BAMF-ın dəvətilə Azərbaycana gəliblər. Onlar tədbir barədə tələbələrə məlumat verib.

Qeyd etmək lazımdır ki, BAMF ADA Universiteti ilə layihələrin həyata keçirilməsi, tədbirlərin, seminarlar, təlimlərin təşkili və tələbələr üçün təcrübə imkanları təmin etmək kimi müxtəlif sahələrdə əməkdaşlıq edir. Keçən il tərəflər fəaliyyətin daha da genişləndirilməsinə yönəlmiş rəsmi Anlaşma Memorandumu imzalayıb. ADA-nın bir çox tələbə və məzunları BAMF-ın ofisində təcrübə keçmək imkanı əldə ediblər.

1992-ci ildə rəsmən qeydiyyatdan keçmiş Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) postsovet, Şərqi Avropa və Şərqi Asiya ərazisində beynəlxalq səviyyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. BAMF 4 əsas fəaliyyət istiqamətində çalışır: Media və Vətəndaş Cəmiyyətinin inkişafı; Qaçqınlar və məcburi köçkünlər; İctimai inkişaf; və Sülhyaratma hərəkatı və Münaqişələrin həlli. BAMF Birləşmiş Millətlər Təşkilatının agentlikləri, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Beynəlxalq Sülh Bürosu (IPB), Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, həmçinin yerli və beynəlxalq QHT-lərlə əməkdaşlıq edir.  BAMF müxtəlif strukturlarla əməkdaşlıq çərçivəsində humanitar, sosial-iqtisadi, təhsil layihələrinin həyata keçirilməsi üzərində çalışır.

Avrasiya Təhsil Mərkəzi keçən il Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi altında yaradılıb. Mərkəz müxtəlif xarici dil kursları təklif edir və bir sıra nüfuzlu beynəlxalq universitetlərlə əməkdaşlıq edərək tələbələrə xaricdə təhsil imkanı təqdim edir. Avrasiya Təhsil Mərkəzi Azərbaycanda tələbənin əvvəlcə hazırlıq kurslarında iştirak edərək və sonra imtahandan müvəffəqiyyətlə keçməklə beynəlxalq səviyyədə qəbul oluna biləcək dil sertifikatını təsdiq edən Müasir Dillər (ECL) İmtahan Mərkəzi üçün Avropa Konsorsiumunun statusunu almış ilk təşkilatdır.