R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Növbədənkənar Prezident seçkilərində ölkə ərazisində müşahidəçilik missiyasını yerinə yetirəcək. Artıq son bir həftədir ki, BAMF təmsilçiləri seçkilərin müşahidə prosesinə qoşulub. Təşkilatın 20 nəfərdən ibarət müşahidə missiyası respublikanın Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Göyçay, Ağdaş rayonlarında, Bakı və Sumqayıt şəhərlərində seçki qabağı vəziyyətin dəyərləndirilməsi üçün müşahidələrə başlayıb.
 
Bununla əlaqədar olaraq  07 aprel tarixində BAMF-ın ofisində seçki  prosesinin gedişi, seçici fəallığının və seçkiqabağı kütləvi tədbirlərin qiymətləndirilməsi, seçkilərin mətbuatda işıqlandırılması, seçki günü müşahidə missiyasının fəaliyyətinin MSK ilə koordinasiya edilməsi, müşahidənin aparılmasının prinsiplərinə dair  müzakirələr keçirilmişdir.
 
BAMF-ın prezidenti və müşahidə missiyasının rəhbəri Umud Mirzəyevin seçkilərin gedişi ilə bağlı ilkin qənaətinə görə seçki öncəsi dövrdə  ifadə azadlığının, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, eləcə də vətəndaş cəmiyyəti institutları, beynəlxalq qurumların sərbəst fəaliyyəti üçün uyğun şərait yaradılmışdır. O, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin seçki prosesi ilə bağlı maarifləndirilməsi, KİV nümayəndələrinin akkreditasiyası ilə bağlı işlərin uğurla aparıldığını bildirib.   
 
Umud Mirzəyevin sözlərinə görə seçkilər zamanı seçki məsələlərinin hüquqi çərçivədə həyata keçirilməsində görülən işlər, seçki prosesinin gedişatında  müşahidəçilik, seçkilər zamanı medianın monitorinqi əsas diqqət mərkəzində olacaq.
 
Qeyd edək ki, BAMF sonuncu dəfə  2008-ci ildə  keçirilən Prezident seçkiləri zamanı “Seçki-2008” QHT Koalisiyasının təsisçisi olmuş, seçkiləri 59 dairə üzrə 1457 məntəqəni əhatə edən yerli müşahidəçi korpusu ilə müşahidə etmişdir.