R
Gənc nəsil ssenaristlərin fantaziyasının məhsulu olan obrazlara heyrlıqla həvəslə tez-tez bir-birinə Hollivud blokbasterlərinin hekayələrini danışır. Ancaq az adam bilir ki, taleyini, karyerasını və hətta həyatını təhlükə altına alaraq tərəddüdsüz gerçək insanların həyatını xilas edən real qəhrəmanlar aramızda yaşayırlar.
 
Bu şəxslərdən biri də DQMV-də (Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti) fövqəladə vəziyyət sahəsinin ilk komendantı, general-mayor Vladislav Nikolayeviçdir. Öz xidməti vəzifəsinə sədaqəti, dürüstlüyü, cəsarət və prinsipallığı üçün Safonov Vladislav Nikolayeviçi "Dəmir General" adlandırırdılar. 1988-ci ildə münaqişə başlanandan bəri Vladislav Safonov Azərbaycan torpaqlarının Ermənistanın işğalından müdafiə olunmasına böyük töhfə verib. Onun sayəsində Dağlıq Qarabağda sabitliyin təmin olunmasına və böyük qan tökülməsindən yayınmaq təmin olundu.
 
Eurasia Diary-nin verdiyi məlumata görə, Vladislav Safonov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin dəvəti ilə BAMF-in ofisinə baş çəkib.
 
Görüşdə Umud Mirzəyev qonağa Fondun fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə məlumat verib, eyni zamanda, ölkənin müharibədən əziyyət çəkmiş rayonlarında uğurla həyata keçirilən layihələr haqqında danışıb.
 
Vladislav Safonov münaqişənin başlanğıcında Qarabağda hökm sürən vəziyyətdən danışıb, həmin günlərdə toqquşmanın qarşısını almaq üçün hakimiyyətin heç bir şey etmədiyini xatırladıb.
 
General "Eurasia Dairy " beynəlxalq informasiya və analitik portalın fəaliyyəti ilə tanış olub. Görüşün sonunda Vladislav Safonov "Eurasia Diary-ə" Dağlıq Qarabağ münaqişəsinin necə inkişaf etdiyini ətraflı şəkildə izah edib.
 
Önümüzdəki günlərdə general-mayor Vladislav Safonov ilə ətraflı müsahibə olacaq. Xəbərləri izləyin və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çox şey öyrənəcəksiniz.