R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Haqqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb.

4 mart tarixində BAMF-ın prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov və BAMF prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina BMT-nin 40-cı sessiyası çərçivəsində keçirilən dinləmələrdə iştirak edib. Nümayəndə heyəti bugün BMT İnsan Haqqları Komissarının vətəndaş cəmiyyəti qurumları ilə İllik toplantısında iştirak edəcək, Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun keçirəcəyi “Ərəb regionunda insan haqqları”, eləcə də “Dayanıqlı ətraf mühit üzrə insan haqqları” və “Müharibələrin uşaqlara təsiri” mövzusunda keçiriləcək paralel sessiyalar zamanı aparılacaq müzakirələrə qoşulacaqlar.

Martın 6-da nümayəndə heyətinin "Ərəb regionunda insan hüquqları", "İnsanların dayanıqlı ətraf mühitdə yaşamaq hüququ" və "Münaqişələrin uşaqlara təsiri" mövzusunda plenar iclaslara qatılacağı gözlənilir.
 

 

Qeyd edək ki, 7 mart tarixində BMT-nin İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda  tədbiri keçiriləcək.