R

Sovetlər İttifaqının, Rusiyanın ən nüfuzlu tele proqramlarının müəllif və aparıcılarından biri, məhşur rejissor, ictimai-siyasi xadim, həmyerlimiz Mixail Qusmanın oğlu, BMT-nin Baş qərargahındakı Azərbaycan nümayəndəliyinin əməkdaşı Vadim Qusman Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində oldu.

Görüş zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və qonaq anarasında maraqlı müzakirələr oldu, və gələcək əməkdaşlıq imkanlarından danışıldı.

İşgüzar söhbətdən sonra qonaqla BAMF-in qərargahında təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq üçün qısa ekskursiya oldu. Həmyerlimizə BAMF-in konfrans zalında Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən məcburi köçkün uşaqların həyatı haqda qısa metrajlı bir film nümayiş etdirildi, eyni zamanda o, erməni qəsbkarlarının Azərbaycana qarşı törətdiyi fəlakət və ziyanları sənədli əks etdirən məlumat lövhələri ilə tanış oldu.

Sonda qonaq BAMF rəhbərinə müsafirpərvərliyə görə öz dərin minnətdarlığını bildirdi.   

1
 
1
 
1
 
1
 
1