R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) rəsmi olaraq BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisinə yeni nümayəndə təyin edib.
 
Azərbaycanda fəaliyyət göstərən, BMT-nin İqtisadi və Sosial Şurası (BMT ECOSOC) yanında Əsas Məşvərətçi statusuna malik beynəlxalq qeyri-hökumət təşkilatı BAMF, professor Osman Əl-Həcci BMT-nin Cenevrə Ofisində yeni nümayəndəsi təyin edib.
 
Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur və Cenevrədə beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.
 
Əvvəllər Livanda, Tripolidə Jinan Universitetində professor kimi çalışıb və Universitetin İnsan hüquqları Mərkəzinin prezidenti olub. Bundan əlavə, professor Əl-Həcc, 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrıseçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışmışdır.