“Guardian” qəzetinin oğurlanmış əməkdaşı iki əfqanıstanlı müxbirlə birgə azad edilib

18.12.2009 · 1412 baxış

Böyük Britaniyanın “Guardian” qəzetinin İraqlı əməkdaşı iki əfqanıstanlı həmkarı ilə birgə Əfqanıstanın Şimal-Şərq bölgəsində altı gün girov saxlanıldıqdan sonra azad edilib.

Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, Qeys Əbdül-Əhəd son dəfə dekabrın 9-da “Guardian” qəzeti ilə əlaqə saxlayıb. İki gün sonra qəzetə üç jurnalistin oğurlanması barədə informasiya verilib.

Jurnalistlərin sağ-salamat geri qaytarılmasını təmin etmək məqsədilə ictimaiyyətə bu barədə xəbər verilməyib. Onların ailələrinə, Böyük Britaniyanın və Əfqanıstanın müvafiq orqanlarına məlumat verilib.

Jurnalistlər azad edildikdən sonra yorğun olduqlarını, ancaq əhval-ruhiyyələrinin yaxşı olduğunu bildiriblər. Məlumatla görə, əfqanıstanlı jurnalistlərin adı təhlükəsizlik məqsədilə açıqlanmayıb.

“Guardian” qəzetinə görə, bu üç jurnalist Pakistanın Şimal-Qərb Sərhəd Əyalət ilə həmsərhəd olan dağlıq bölgədəki döyüşçülərdə müsahibə götürməyi planlaşdırıblarmış. Onlar keçən həftə silahlı dəstə tərəfindən tutulublar. Ərazi Taliban və Ərəb döyüşçülərinin, eləcə də “Hezb-e-İslami” kimi müxtəlif qruplaşmalar və cinayətkar dəstələrin dayağı kimi tanınır.

BAMF-n informasiya

departamenti

(c) 2018. IEPF