Avropa Məhkəməsi informasiya mənbələrinin qorunması hüququnu müdafiə edir

17.12.2009 · 1363 baxış

<strong>Beynəlxalq Mətbuat İnstitutu bu qərarı alqışlayır və...</strong> <img src="http://www.iepf-ngo.org/wp-content/uploads/2009/12/Avropa-mehkemesi-300x141.jpg" alt="FRANCE/" width="300" height="141" align="left" class="alignleft size-medium wp-image-846" />Avropa İnsan Haqları Məhkəməsi xəbər agentliklərinin mənbələrinin məxfiliyi hüququnu təsdiqləyən qərar qəbul edib.<br /> <br />

Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan məlumat verilib. Verilən qərara əsasən 5 xəbər qurumu – “The Guardian”, “The Independent”, “The Times”, “The Financial Times” və “Reuters” “Interbrew” pivə zavoduna qarşı işi udub. 2001-ci ildə Böyük Britaniya məhkəməsi bu qurumlardan onlara naməlum şəxslər tərəfindən göndərilmiş “Interbrew” pivə zavoduna onun maliyyə məsləhətçiləri tərəfindən təqdim olunmuş Cənubi Afrika Pivə zavodları üçün mümkün təkliflər haqqında sənədləri verməsini tələb edib. Onlar buna cavab olaraq işi Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib.

Böyük Britaniya məhkəməsi iddia edib ki, ictimaiyyət xəbər verənin ifşasında maraqlı olub. Apelyasiya Məhkəməsi də mətbuatın əleyhinə bu qərarı müdafiə edib və daha sonra isə Lordlar Palatası apelyasiyaya icazə verilməsini rədd edib.

BMİ rəsmiləri Avropa İnsan Haqları Məhkəməsi xəbər agentliklərinin mənbələrinin məxfiliyi hüququnu təsdiqləyən qərarını təqdir edərək Böyük Britaniya məhkəmələrinin və Lordlar Palatasının addımlarını tənqid edib. BMİ-nin bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir: “Bu işdə əsas məsələ medianın məxfi mənbələrini qorumaq hüququdur. Əgər bu hüquq zəifləsə, media təkcə bu məsələlər barədə məlumatlı olmağa layiq ictimaiyyət üçün yox, eləcə də “Interbrew” kimi korporasiyalar üçün də zərərli fakt olan vəzifə cinayətlərini ifşa etməkdə çətinlik çəkər”.

BMİ-nin direktoru Devid Dədc deyib: “Jurnalistlərin informasiya mənbələrini gizli saxlamaq hüququ xəbər hazırlanmasında əsas elementdir. Əgər bu hüquq müdafiə olunmursa, tədqiqi jurnalistikanın istənilən formasına ciddi şəkildə mane olar. Avropa İnsan Haqları Məhkəməsini bu qərarına görə təbrik edir və bunun dünyadakı digər məhkəmələr üçün istinad mənbəyi kimi xidmət edəcəyinə ümid edirik”.

Qeyd edək ki, dörd xəbər qurumu Böyük Britaniya məhkəmələrinin qərarna tabe olmayıb , “The Independent” ilə birgə məhkəmənin əmrinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə əsasən ifadə azadlığı hüququnun pozduğunu iddia edərək informasiya mənbələrinin qorunmasına dair işi müdafiə edib.

“The Guardian” qəzetinin məlumatına görə, Avropa İnsan Haqları Məhkəməsi qərardan əlavə olaraq, Böyük Britaniya hökumətindən xəbər qurumlarına 160,000 avro (143,000 funt-sterlinq) ödəməyi tələb edib.

BAMF-ın informasiya

departamenti

(c) 2018. IEPF