Partlayış nəticəsində daha üç jurnalist həyatını itirib

04.12.2009 · 1425 baxış

SomaliDekabrın 3-də Somalinin paytaxtında baş verən partlayış nəticəsində 3 jurnalist həlak olub. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, partlayış Banadir Universitetinin buraxılış mərasiminin keçirildiyi mehmanxanada olub. Güman olunur ki, həlak olanların çoxu tələbələrdir. Partlayış nəticəsində daha iki jurnalistin yaralandığı, üçünün isə xəsarət aldığı bildirilir.

BMİ-nin direktor müavini Əlison Betel Makkenzi bu itkilərə kədərləndiklərini deyib: “Bu dəhşətli qırğını qətiyyətlə ittiham edirik. Bizim fikrimiz həmkarlarımız Məhəmməd, Hassan və Yasirin ailələrinin və bu mənasız hücumun digər qurbanlarının ailələrinin yanındadır”.

Xatırladaq ki, bununla da 2009-cu ildə Somalidə öldürülmüş jurnalistlərin sayı 9 olub.

BAMF-ın informasiya

departamenti

(c) 2018. IEPF