Umud Mirzəyev BMT-nin nümayəndəsi Envera Selimoviçlə görüşüb

04.12.2009 · 1281 baxış

Envera Selimovic BAMF-daBMT-nin İqtisadi-sosial Şurasının konsultativ statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin ictimai informasiya departamentinin təmsilçisi Envera Selimoviç və onun müavini İlqar Ağayevlə görüşüb. Bu günlərdə Avstriyada səfərdə olduğunu deyən U. Mirzəyev BMT-nin İnformasiya Xidmətinin direktoru Maher Nasser, BMT-nin Vyana Xəbər və Mətbuat Əlaqələri ofisinin informasiya məmuruAnne Tomas, həmçinin BMT İnformasiya Xidmətinin QHT-lərlə iş üzrə ofisinin əlaqələndiricisi Maria Naderhirn ilə görüşdüyünü bildirib: “BMT əməkdaşlarına BAMF tərəfindən Azərbaycanda media və vətəndaş cəmiyyəti ilə bağlı həyata keçirilmiş layihələr və təlimlər, qurumun apardığı monitorinqlər barədə məlumat verildi. Görüşdə BMT-nin İnformasiya Xidmətinin fəaliyyət prioritetləri barədə, gələcəkdə faydalı əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıldı. BMT İnformasiya Xidməti İdarəsi ilə Azərbaycanda vətəndaş cəmiyyəti və QHT-in inkişaf etdirilməsi sahəsində əməkdaşlıq ediləcəyi istiqamətin müəyyən edilməsi üçün əlaqələr yaradılacaq”. BAMF-dakı görüşün Vyanada aparılan müzakirənin davamı olduğunu qeyd edən U.Mirzəyev BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəliyi ilə sıx əlaqə saxlanılmasının davam etdiriləcəyini söyləyib.

BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbirin iştirakı ilə keçən görüşdə vətəndaş cəmiyyətinin inkişafı uğrunda səylərin artırılması, jurnalist peşəkarlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

BAMF-ın informasiya

departamenti

(c) 2018. IEPF