Avrasiya-Kredit. Hesabat. 2009

02.12.2009 · 1271 baxış

<p style="text-align: justify;">Avrasiya-Kredit Bank olmayan Məhdud Məsuliyyətli Cəmiyyəti</p><br />

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) İdarə Heyətinin 05 sentyabr 2007-ci il tarixli qərarı ilə təsis edilən «AVRASİYA-KREDİT» MMC bank olmayan kredit təşkilatı kimi 13 sentyabr 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və 2008-ci ilin əvvəlindən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə fəaliyyətə başlamışdır.

«AVRASİYA-KREDİT» MMC nin təsisçisi olan BAMF bu günədək müharibədən zərər çəkən və işğaldan azad olunan ərazilərdə bir sıra iri həcmli layihələr həyata keçirmiş və nəticədə insanların həyat səviyyəsinin öyrənilməsi, regionların problemlərinin araşdırılması istiqamətində zəngin informasiya bazası formalaşdırmışdır. Bütün bunlara əsaslanaraq BAMF ABŞ Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər idarəsinin maliyyələşdirdiyi “Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və istiqamətləndirilməsi” və “AMZA-nın Agstafa regional bölməsinin yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi” layihələri əsasında «AVRASİYA-KREDİT» MMC-ni təsis etmişdir. Layihə çərçivəsində minadan zərərçəkənlərin Ağstafa, Füzuli regional bölməsinin yaratmaq və Tərtər regional bölməsinin fəaliyyətinin inkşaf etdirmək eləcə də Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Füzuli, Beyləqan rayonlarında yaşayan minadanzərəçəkənlərdən ibarət qrup üzvlərinə tibbi, hüquqi, biznes təlimlərinin keçilməsi ilə yanaşı, mikrokreditlərin ayrılması ilə minadanzərərçəkənlərin, eləcə də mina və partlamamış hərbi sursatların təsirinə məruz qalmış şəxslərin və ya onların ailə üzvlərinin təsərüfatlarının inkşaf etdirilməsi də zəruri istehlak ehtiyaclarının ödənilməsi nəzərdə tutulmuşdur.

Hazırda «AVRASİYA-KREDİT» MMC ilə əməkdaşlıq edənlər əsasən mina qurbanları, aztəminatlı ailələr, əlillər, müharibə nəticəsində yurd-yuvasından qaçqın və didərgin düşmüş insanlardır. Bu günə kimi «AVRASİYA-KREDİT» MMC ilkin olaraq 45000 ABŞ dolları məbləğində vəsaiti Tərtər, Füzuli və Ağstafa rayonlarında təşkilatın hədəf seçdiyi sosial qrupların nümayəndələrinə kiçik həcmli kreditlər şəklində paylamış və eyni zamanda onlara öz işlərini uğurla təşkil etmək üçün pulsuz məsləhət xidmətləri də göstərmişdir. «AVRASİYA-KREDİT» MMC-nin ayırdığı mikrokreditlər aztəminatlı ailələrin təsərrüfat sahələrinin (maldarlıq, qoyunçuluq, tingçilik, ticarət, südçülük, reklam işləri, toxuculuq və .s ) yaradılması və inkşaf etdirilməsi ilə yanaşı, istehlak məqsədilə də istifadəya verilmiş, aztəminatlı vətəndaşların güzaranının yaxşılaşdırılmasına xidmət etmişdir. Mikrokreditlər əsasən Tərtər, Füzuli, Ağstafa, Goranboy, Xocalı, Kəlbəcər, Ağdərə, Şuşadan olan 84 məcburi köçkün, 14 minadanzərərçəkən ailə və ya onların ailə üzvlərinə, mina və partlamamış hərbi sursatların təsirinə məruz qalan şəxslərə, eləcə də diğər aztəminatlı ailələrə ayrılmışdır. Mikrokreditlər 43 nəfərə fərdi, 144 nəfərə isə qrup kreditləri kimi paylanılmışdır. Mikrokreditlər Füzuli rayonu üzrə 13 195 AZN, Agstafa və ətraf rayonlar üzrə 22.000 AZN, Tərtər və ətraf rayonlar üzrə 26.450 AZN olaraq paylanılmışdır.

05.05.2009-cu il tarixdə “Qafqaz-Kredit” bank olmayan kredit təşkilatı ilə bağlanmış müqaviləyə əsasən təsərrüfat sahələrinin inkşaf etdirilməsi məqsədi ilə 15.000 AZN məbləğində vəsait Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlər arasında paylanılmışdır.

14.09.2009-cu il tarixdə Azərbaycan Mikromaliyyə Asossiasiyasının iştirakı ilə “Cred-Agro” bank olmayan kredit təşkilatı ilə bağlanılmış qrant müqaviləsinə əsasən 65.000 AZN məbləğində mikrokredit vəsaiti birinci tranş olaraq Tərtər rayonunda yaşayan az təminatlı ailələr, məcburi köçkünlər və minadanzərərçəkənlərin biznes sahələrinin inkşaf etdirilməsi məqsədi ilə sərf olunmuşdur.

2009-cu ilin sonlarına “Avrasiya-Kredit” 161.990 AZN kredit portfelinə Tərtər , Bakı, Ağstafa, Füzuli rayonlarında 657 nəfər müştəriyə malikdir. Müştərilərin 55% hissəsini qadınlar təşkil edir.

Yaxın gələcəkdə isə «Avrasiya-Kredit» digər maliyyə qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi hesabına yeni kredit ehtiyatları əldə olunması, bu vəsaitlərin Azərbaycanın digər bölgələrində də kiçik sahibkarlıqla məşğul olmaq istəyən minadan zərərçəkənlərə, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə paylanmasını nəzərdə tutur. Bununla da əhalinin aztəminatlı təbəqəsi arasında yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində imkanlar artırılacaq.

(c) 2018. IEPF