BAMF-da təlimlər keçirilib

24.11.2009 · 1438 baxış

Telim-fotoBu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi” layihəsi çərçivəsində ehtiyacı olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə layihə idarəçiliyi təlimi keçirilib.

Təlimi BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir aparıb. Treninq iştirakçılarına əvvəlcə layihələrin hazırlanması, sonra isə idarə olunması barədə təlimlər verilib. Eyni zamanda onlara layihələr çərçivəsində press-relizlərin hazırlanması və mətbuatla səmərəli işləməyin yolları da izah edilib.

Treninqdə iştirak edən təşkilat nümayəndələri belə təlimlərin səmərəli olacağını deyiblər.

Treninqdə BAMF-ın və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi” layihəsinin işçi heyətlərinin nümayəndələri də iştirak ediblər.

BAMF-ın İnformasiya

Departamenti

(c) 2018. IEPF