Noyabrın 22-dən 29-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində işguzar səfərdə olacaqlar. Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Şuranın sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuranın üzvləri – Azərbaycan Mətbuat Şurasının sədriƏflatun Amaşov və Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev daxildir. Səfərdə məqsəd Fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Fondun fəaliyyəti ilə beynəlxalq media qurumlarını tanış etmək, Vyana şəhərində Beynəlxalaq Mətbuat İnstitutunun rəhbərləri ilə görüşmək, mətbuata maliyyə yardımı göstərən Avstriya Kommunikasiyalar Təşkilatı (Komavstriya) və media qurumları ilə təcrübə mübadiləsi aparılmasıdır.
