Avropa Şurasının yeni kitabçasının təqdimatı

28.10.2009 · 1157 baxış

Bü gün Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisində “Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökümət təşkilatlarının hüquqi statusu haqqında CM/Rec (2007) 14 saylı tövsiyəsi” adlı kitabçanın ictimai təqdimatı keçirilmişdir.

Təqdimatda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev, Avropa Şurası Baş Katibinin Azərbaycandakı Xüsusi Nümayəndəsi xanım Veronika Kotek və Counterpart İnternational təşkilatının rəhbərliyi altında həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsinın rəhbəri cənab Maykl Kunts cıxış etmişlər.

Bu nəşr Avropa Şurasının və Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin birgə əməkdaşlığının məhsuludur. Nəşrin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi və “Counterpart İnternational” arasında imzalanmış qrant müqaviləsinin şərtlərinə uyğun olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə mümkün olmuşdur. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz ilə “Counterpart İnternational” təşkilatının birgə əməkdaşlığı nəticəsində həyata keçirilən təşəbbüsdür. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti proqramının məqsədi ölkə vətəndaşları və Azərbaycan höküməti üçün maraq kəsb edən, mühüm iqtisadi və sosial islahatların icrasının təmsilçilik əsasında qurulmuş inkişafına dəstək verməkdir.

(c) 2018. IEPF