1991, 5 jurnalist öldürülüb
- Alı Mustafayev – Azərbaycan Dövlət TV. Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistan silahlı qüvvələrinin vurduğu helikopterdə 23 nəfərlə birlikdə həlak olub.
- Osman Mirzəyev – Azərbaycan Dövlət TV. Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistan silahlı qüvvələrinin vurduğu helikopterdə 23 nəfərlə birlikdə həlak olub.
- Arif Hüseynzadə – Azərbaycan Dövlət TV, Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistan silahlı qüvvələrinin vurduğu helikopterdə 23 nəfərlə birlikdə həlak olub.
- Fəxrəddin Şahbazov – Azərbaycan Dövlət TV, Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistan silahlı qüvvələrinin vurduğu helikopterdə 23 nəfərlə birlikdə həlak olub.
- Salatın Əsgərova – “Azərbaycan gəncləri” qəzeti. Dağlıq Qarabağ ərazisində erməni quldurları tərəfindən öldürülüb.
1992, 2 jurnalist öldürülüb
- Çingiz Mustafayev – Azərbaycan Dövlət TV. Ermənilərin öldürdüyü Azərbaycanlıları çəkərkən Dağlıq Qarabağda öldürülüb.
- Kazımağa Kərimov – müstəqil jurnalist. Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülüb.
1995, 2 jurnalist öldürülüb
- Adil Bünyadov – Reuters. 17 mart tarixində hökumət qüvvələri ilə silahlı üsyançıların qarşıdurması zamanı boğazından aldığı güllə yarasından ölüb.
- Fərhad Kərimov – “Turan”, “Reuters” və “Associated Press” agentlikləri üçün işləyib. Çeçenistanda gedən döyüşlərdən xəbər hazırlayarkən öldürülüb.
1999, 2 jurnalist öldürülüb
- Telman Dibirov – Balakəndəki yerli DM TV. Studiyanın avadanlığı oğurlanıb, jurnalist bıçaqlanıb, araşdırma hələ də gerçək qatili müəyyən etməyib. (Balakəndəki mənbələrin bildirdiyinə görə Telman Dibirov yerli hakimiyyət rəsmilərinin məanfelərinə zərər verə biləcək məlumatlar əldə edə bildiyinə görə öldürülüb.)
- İbrahim Niyazlı – Həftəlik “Konsensus” qəzetinin baş redaktoru. Öz işçisi Azər Məmmədov tərəfindən öldürülüb. Qatil həbs edilərək cəzalandırılıb.
2005, 2 jurnalist öldürülüb
- Elmar Hüseynov – “Monitor” jurnalının baş redaktoru. İşdən evə gedərkən yaşadığı mənzilin girişində güllələnərək öldürülüb. Qatil(lər) hələ də aşkar edilməyib.
- Alim Kazımlı – “Yeni Müsavat” qəzetinin fotomüxbiri. 2004-ci il dekabrın 28-də Nərimanov rayon Pasport Qeydiyyatı İdarəsində polislər tərəfindən fiziki və mənəvi hücuma məruz qalıb. Ağır bədən xəsarəti alan A.Kazımlı nəticədə insult-iflic keçirib. Həkimlərin səyinə baxmayaraq, 2005-ci il iyunun 19-da o, dünyasını dəyişib.
Əlavə olaraq Azərbaycan ərazisində erməni işğalçıları tərəfindən iki xarici jurnalist də öldürülüb. Bunlar “Milostivıye gosudari” qəzetinin (Perm, Rusiya) redaktoru Valeriy Dementyev və “Mayak” radiosunun (Rusiya) müxbiri Leonid Lazareviçdir.
