Mətbuat Şurasının rəhbərliyi həbsdə olan jurnalistlərlə görüşüb

26.05.2009 · 1269 baxış

metbuat-surasiMayın 23-24-də Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, qurumun sədr müavini Umud Rəhimoğlu və İdarə Heyətinin üzü Mehman Əliyev həbsdə olan jurnalistlərlə görüşüblər.
Onlar 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə, “Bizim yol” qəzetinin 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan əməkdaşı Müşfiq Hüseynova və 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkərək söhbət ediblər. Həbsdə olan jurnalistlər nə saxlanma şəraitindən, nə də səhhətlərindən şikayət ediblər. Hər üç jurnalist haqsız yerə həbs olunduqlarını deyiblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuata verdiyi açıqlamasında görüşlərin nəticəsi barədə İdarə Heyətində müzakirə aparılandan sonra onların azad olunması üçün müvafiq addımlar atılacağını deyib.

(c) 2018. IEPF