KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurası üzvləri təyin olundu

23.05.2009 · 1496 baxış

ilham-aliyevPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Səfərli Vüqar Müzəffər oğlu Fondun icraçı direktoru təyin olunub. Prezidentin digər sərəncamı ilə fondun Müşahidə Şurasının üzvləri müəyyənləşib. Dövlət qurumlarından Prezident Administrasiyasınınictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva, KİV-lərdən – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, jurnalist təşkilatlarından – Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev fondun Müşahidə Şurasının üzvləri təyin edilib.

(c) 2018. IEPF