Abubakar Çika Umud Rəhimoğluna minnətdarlığını bildirib
Nigeriyanın İran, Azərbaycan, Ermənistanda və Qazaxıstandakı səfiri Abubakar Çika ölkəmizə səfəri zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Onu BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu qəbul edib. Bizimlə söhbətində U.Rəhimoğlu görüşün BAMF-da könüllülük prinsipi ilə çalışan Nigeriya vətəndaşı, Qarabağ və Naxçıvanla bağlı yadda qalan yazılar müəllifi Nik Nvolisanın dəvəti ilə reallaşdığını dedi.
U.Rəhimoğlu rəhbərlik etdiyi qurum barədə, Azərbaycanda medianın durumu haqqında səfirə məlumat verib.
Görüş zamanı Abubakar Çika onun həmyerlisinə göstərilən diqqətə görə BAMF sədrinə minnətdarlığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Abubakar Çikanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul etmişdi.
BAMF-ın İnformasiya Departamenti
