Jurnalistlər üçün beynəlxalq müsabiqə başlayır

06.04.2009 · 1183 baxış

Azərbaycan jurnalistləri də Cənubi-Şərqi Avropa üzrə Media Təşkilatının elan etdiyi foto müsabiqədə iştirak edə biləcəklər

Umud Rəhimoğlu
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Avropa üzrə Media Təşkilatı (SEEMO) insan hüquqları mövzusunda foto müsabiqə elan edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sözlərinə görə, “BETA” xəbər agentliyi tərəfindən təşkil olunan müsabiqə Cənubi Şərqi Avropa ölkələrinin fotomüxbirlərini əhatə edəcək:“Azərbaycan jurnalistlərinin də qatıla biləcəyi bu müsabiqəyə iş təcrübəsindən asılı olmayaraq, qəzet, jurnal və indformasiya agentliklərinin fotomüxbirləri qatıla bilərlər. Müsabiqəyə 19 may 2009-cu ilə, yəni ərizələrin son qəbul gününə qədər göndərilən foroşəkillər qəbul olunacaq. Professional musiflər heyəti tərəfindən müəyyən olunacaq ilk üç yerin qalibi müvafiq olaraq 1000, 750, 500 avro məbləğində mükafatlandırılacaq”. U.Rəhimoğlu həmçinin ilk üçlüyə düşən fotoşəkillərin Avropanın bir sıra qəzet və jurnallarında nəşrinin nəzərdə tutulduğunu da bildirib.

19 aprel 2009-cu ildə start veriləcək yarışmaya qatılmaq istəyən hər kəs 300 dpi və jpg formatında və həcmi 3mb-dan artıq olmamaq şərti ilə maksimum 5 fotoşəkil təqdim edə bilər. Ərizə və fotoşəkillər [email protected] poçtunda qəbul olunacaq. Əlavə və daha ətraflı məlumatları www.seemo.org saytından və bu elektron ünvanlarından ala bilərsiniz: [email protected] və [email protected]
BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF