İyunun 20-də Azərbaycan Mətbuat Şurasının (MŞ) V qurultayı keçirildi. Əvvəlcədən gözlənildiyi kimi 4-cü hakimiyyət nümayəndələrinin ali toplantısı gərgin keçdi. KİV-də çalışanların əsas problemləri müzakirə edilən qurultayda MŞ-nın nizamnaməsinə gözlənilən dəyişikliklər edildi. Bundan sonra MŞ-nın sədri 2 yox, 4 il müddətinə seçiləcək. Sədrin iki dəfədən artıq seçilməməsi məhdudiyyəti də aradan qaldırıldı. Jurnalistlər MŞ-nın idarə heyətinin üzvlərini və qurumun sədrini də müəyyənləşdirdilər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da yenidən idərə heyətinə seçildi. Qurultay nümayədələri Əflatun Amaşovu yenidən MŞ-nın sədri postuna layiq gördülər.
MŞ-nın idarə heyətinə seçilənlərin tam siyahısı:
Media nümayəndələri
Əflatun Amaşov (Mətbuat Şurasının sədri) – 172 səs
Rəşad Məcid (“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi) – 162 səs
Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili) – 156 səs
Vüqar Rəhimzadə (“İki Sahil”qəzetinin baş redaktoru) – 152 səs
Vüsalə Mahirqızı (“APA” İA-nın baş direktoru) – 149 səs
Mehman Əliyev (“Turan” İA-nin baş direktoru) – 148 səs
Umud Rəhimoğlu (Mirzəyev) (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnistitutu Azərbaycan Milli Komitəsinin direktoru) – 144 səs
Elçin Şıxlı (“Ayna-Zerkalo” baş redaktoru) – 143 səs
Tapdıq Abbas (“Paralel” qəzetinin baş redaktoru) – 136 səs
Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru) – 107 (ehtiyat üzv)
Aydın Quliyev (“Bakı Xəbər” qəzetinin baş redaktoru ) – 93 səs (ehtiyat üzv)
İctimaiyyət nümayəndələri
Vüqar Səfərli (“Azərmətbuatyayımı” İB-nin rəhbəri) – 147 səs
Hacı Sabir Həsənli (İslam Universitetinin rektoru) – 140 səs
Aqil Abbas (“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili) – 130 səs
Kamal Abdulla (Bakı Slavyan Universitetinin rektoru) – 118 səs
Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri) – 108
Cəmil Həsənli (millət vəkili) – 83
Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnailstlər Liqasının sədri) – 76 səs (ehtiyat üzv)
Qulu Məhərrəmli (telejurnalist) – 47 səs (ehtiyat üzv)
