Artıq bir aydan çoxdur ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) İnternet saytının fəaliyyətində canlanma hiss edilir. Bu, saytın tam olaraq yenidən qurulması və demək olar ki, davamlı şəkildə yenilənməsi ilə bağlıdır. Qısa bir müddət keçməsinə baxmayaraq sayta marağın artması ciddi şəkildə özünü göstərməkdədir. Məhz bu marağı və BAMF-ın geniş beynəlxalq əlaqələrini nəzərə alaraq qurum İnternet saytının ingilis dilli versiyasını ziyarətçilərin ixtiyarına vermək qərarına gəlib. Artıq bu gündən etibarən (03 iyul 2008) en.iepf-ngo.org domen ünvanında resursun ingilis dilli versiyası da fəaliyyətə başlayıb. Düzdür, hələlik burada Azərbaycan Türkcəsində olan versiyadakı bütün materialların tərcüməsinə rast gəlmək olmur. Ancaq saytın administratorları yaxın vaxtlarda burada daha zəngin bazanın olacağını vəd edirlər. Hələliksə ziyarətçilər ingilis dilli verisyada xəbərlər, imkanlar, müsahibələr, düşüncələr və elanlar bölmələrindəki ən son materiallarla, həmçinin BAMF-ın özü haqqında bilgilərlə tanış ola biləcəklər. Onu da qeyd edək ki, saytdakı yeniliklərdən daha tez və çevik bir şəkildə xəbər tutmaq üçün ziyarətçilər qeydiyyatdan keçə, həmçinin RSS xəbərçisi vasitəsilə abunə yazıla bilərlər. Ümid edirik ki, bu sayt yaxın vaxtlarda daha da populyarlaşmaqla geniş ziyarətçi kütləsini özünə cəlb edə biləcək.
