BAMF qaçqınlar üçün ayrılmış yardımı onlara payladı

14.10.2008 · 1520 baxış

BAMF, Füzuli, 30 okt 2008 – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Lüteran Dünyası” Xeyriyyə Təşkilatı tərəfindən azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. O, əsasən yataq dəsti, qadın və uşaq geyimləri, gigienik ləvazimatdan ibarət yardımların əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Tərtər və Füzuli rayonlarında paylandığını dedi: “Əvvəlcə onu deyim ki, BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilatımız Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının üzvüdür. Və biz bir təşkilat olaraq artıq ikinci dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçiririk. Yardımları Tərtərdə 800, Füzulidə isə 1000 ailəyə payladıq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.”

Xatırladaq ki, paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF