BAMF “Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemlərinə yeni yanaşma” mövzusunda treninq keçirdi

04.11.2008 · 1495 baxış

BBTK, Bakı, 03 noy 2008 – Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) konfrans zalında “Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemlərinə yeni yanaşma” mövzusunda reallaşdırılacaq layihə ilə bağlı maraq göstərən iştirakçılara treninq keçib. Layihə Prezident Administrasiyası yanında fəaliyyət göstərən QHT-lərə yardım Üzrə Dövlət Şurası tərəfindən maliyyələşdirilir.
Layihənin əsas məqsədi Azərbaycandakı qaçqınlar və məcburi köçünlərlin problemləri ilə bağlı iştirakçıları maarifləndirməkdir. Treninq Beynəlxal Avrasiya Mətbuat Fondunun informasiya meneceri, həmçinin təcrübəli jurnalist və bu sahədə ekspert olan Azər Həsrət tərəfindən aparılırıb. Treninq zamanı o, iştirakçıları lazımi məlumatlarla təmin edib. Bundan başqa, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin şəraiti ilə bağlı iştirakçıları daha dolğun məlumatlandırmaq üçün Azər Həsrət onları internet ünvanları ilə də tanış edib.
BAMF-ın sədri Umud Rəhimoğlu və digər nümayəndələri də treninqdə iştirak ediblər. BAMF BBTK-ya məsləhətverici kimi xidmət edir.
Layihənin vəzifələrindən biri də xarici tələbə və gəncləri qaçqınların şəraiti barədə məlumatlandımaq və onları qaçqınların məskunlaşdığı ərazilərə aparmaqdır. Bu gənclər qaçqın və məcburi koçkünlərin üzləşdiyi problemlərlə tanış olaraq, məlumatları birbaşa onların özündən alacaqlar. Layihənin sonunda onlar tərəfindən toplanan məlumat və təcrübələr, esse və ya məruzə şəklində qeydə alınacaq. Yazılmış esselər maraqlı qruplar arasında paylanan kitablarda öz əksini tapacaq.
Layhiə Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsinin tələbəsi Aysəba Mirzəyevə tərəfindən əlaqələndiriləcək. O, həmçinin BBTK-nın prezidenti və ERASMUS Tələbə Şəbəkəsinin milli nümayəndəsidir. Layihənin 6 ay davam etməsi gözlənilir.
BBTK 2007-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş qeyri-hökümət təşkilatıdır. Qurum BAMF-da könüllü çalışan bir qrup gənc tərəfindən yaradılmışdır. Azərbaycanda təhsil alan xarici tələbələrlə işləmək, onların üzləşdiyi problemlərlə tanış olmaq və inteqrasiya prosesində onlara yardımçı olmaq da BBTK-nın məqsədləri siyahısına daxildir. BBTK həmçinin tələbə mübadiləsini təmin edən və Avropanın əsas tələbə şəbəkələrindən olan ERASMUS-un üzvüdür.

(c) 2018. IEPF