<b><font color=red>“The Point” qəzetinin redaktoru Pap Sainenin məhkəməsi martın 30 da olacaq<br /> </font><br /> </b>
Beynəlxalq Mətbuat İnstitutunun direktoru Deyvid Dədc Qambiya hökumətini bu ölkə də nəşr olunan “The Point gündəlik qəzetinin redaktoru Pap Saineyə qarışı ittihamlardan imtina etməyə çağırıb. Qambiya hökumətini bu ittihamlardan əl çəkməyə, jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırırıq. Qoy hakimiyyət media təmsilçilərinə təzyiqlər etmək əvəzinə məhkəmələrdə ədaləti təmin etsin.
Qeyd edək ki, P.Saine ötən il Qambiyanın Vaşinqtondakı səfirliyində baş verən dəyişikliklərlə bağlı tənqidi yazı dərc edib. Yazı dərc ediləndən sonra polislər qəzetin redaksiyasına gələrək orada qanunsuz axtarış aparıblar. Redaktordan yazıda istinad edilən mənbənin kimliyini tələb edib. Lakin qəzet rəhbərliyi mənbənin adını çəkməyib. Bundan sonra P.Saineyə qarşı yalan məlumat yaymaqda ittiham olunaraq barəsində cinayət işi qaldırılıb. Bu azmış kimi, hakimiyyət onu daha bir cinayətdə – pasport və şəhadətnamə alarkən saxtalaşdırılmış məlumatlar təqdim etməkdə günahlandırır.
D.Dədc eyni zamanda Qambiyada demokratiya, insan haqları və medianın inkişafına vəsait ayıran Britaniyanın Ali Komissarı Phil Sinkinsona da səsələnib. O, P.Sinkinsondan Qambiya hakimiyyətindən jurnalistlərə qarşı aparılan siyasətindən narahatçılığını ifadə etməsini xahiş edib.
Xatırladaq ki, 2004 cü ilin dekabrında The Point” qəzetinin həmtəsisçilərindən biri, P.Saine yaxın dostu Deyda Hidara qətlə yetirilib.
