
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqı Avropa üzrə Media Təşkilatı (SEEMO) Kosovada “Glas Juga və Kim Radio” televiziya şirkətinin operatoru Bojan Kosanin və reportyoru Marijana Simicin polis tərəfindən döyüldüyü xəbərini yayıb. Verilən məlumata görə, polislər televiziya işlərinin avtomobilini saxladaraq heç bir sənəd tələb etmədən B.Kosanini dartaraq yerə salıb.
Sonra isə onu yerdə təpikləyərək döyüblər. Bunun ardıca isə polislər yenə heç nə soruşmadan avtomobilin içərisini axtarmağa başlayıblar. Təəccüblüdür ki, polis olaya münasibət bildirərkən bunun adi bir yoxlama olduğunu deyib.
SEEMO-nun baş katibi Oliver Vuyoviç polisin jurnalistlərə qarşı fiziki güc tətbiq etməsini qətiyyətlə pisləyib və belə halların təkrarlanmaması üçün müvafiq qurumlardan ciddi addımlar atmağı tələb edib: “Polisin jurnalistlərin döyülməsi ilə müşayiət olunan bu biabırçılığı adi bir yoxlama olduğunu deməsi məni çox narahat edir. Hakimiyyət jurnalistlərin və media işçilərinin təhlükəsizliyini təmin etməli”.
