Minalardan əziyyət çəkənlərin assosiasiyası yaradılıb

10.05.2006 · 1403 baxış

Bu gün Azərbaycanda Minalardan Əziyyət Çəkənlərin Assosiasiyasının təqdimat mərasimi keçirilib.<br />

“Turan”fn məlumatına görə, layihənin iştirakçılarından biri, Beynəlxlaq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib ki, layihənin dəyəri 69 min 540 dollar həcmindədir.

Layihəni ABŞ hökuməti maliyyələşdirir.

Layihənin işçi qrupunun üzvü Siyab Məmmədovun sözlərinə görə, layihə minadan daha çox insanın əziyyət çəkdiyi (1883 nəfər) Tərtər rayonunda həyata keçiriləcək.

(c) 2018. IEPF