Donor təşkilatın, digər beynəlxalq və yerli qurumların nümayəndələri ilə görüş

08.09.2006 · 1258 baxış

06 sentyabr 2006-cı ildə BAMF-ın Tərtər rayonundakı regional ofisində layihənin işçi heyətinin və təşəbbüs qrupunun üzvlərinin donor təşkilat olan və mina problemi ilə mübarizə proqramı çərçivəsində Azərbaycana gəlmiş Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan Olunması üzrə Hərbi-Siyasi İşlər İdarəsinin, Marşal İrs İnstitutunun, Beynəlxalq İnam Fondunun, Rotari Klubun, Amerikanın K9 Minatəmizləmə Korpusunun, Synchronicity Fondunun, Aurum LTD İdarəetmə Fondunun, Armour Qrupunun, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyinin (ANAMA), KİV-in və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşü olmuşdur.

Görüşdə həmçinin layihənin icrasının üç aylıq dövrünü əhatə edən (15 may-15 avqust 2006-cı il) hesabatın təqdimetmə mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində layihənin işçi heyətinin ilk üç ay ərzində gördüyü işlər, Tərtər rayonunda yaşayan minadan zərərçəkənlərlə keçirilən görüşlərin nəticələri, assosiasiyanın yaradılmasında işçi heyətlə birgə iştirak edəcək təşəbbüs qrupunun formalaşdırılması və qrupun üzvlərinə keçilən seminarlar barədə məlumatlar verilmişdir.

Mərasim iştirakçıları həmin gün ANAMA-nın əsas tərəfdaşlarından biri kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun regiondakı fəaliyyəti ilə də maraqlanmış və ANAMA-nın müəyyən etdiyi prioritetlər əsasında fondun İcma Mina Aksiyası layihəsi çərçivəsində Tərtər rayonunda apardığı minatəmizləmə işləri ilə tanış olmuşlar.

(c) 2018. IEPF