BAMF müsabiqənin qalibi olmuşdur

11.05.2007 · 1509 baxış

ABŞ Dövlət Dlepartamenti Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-siyasi işlər idarəsi (SLQ/HSİ) keçmiş döyüş ərazilərini mina və PHS-lərdən təmizləyən, mina təhlükəsinin izahı, mina qurbanlarına yardım və müvafiq tədqiqat işləri aparan 23 qeyri-hökumət təşkilatını bütövlükdə 2,2 milyon dollar məbləğində mükafatlandırmışdır.<br />

ABŞ Dövlət Departamenti SLQ/HSİ tərəfindən qeyri-hökumət təşkilatları üçün beynəlxalq tenderə Azərbaycan, Əfqanıstan, İran, İraq, Pakistan, Bosniya, Laos və digər ölkələr cəlb olunmuşdur. Azərbaycanı tenderdə aparıcı QHT-lərdən biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) təmsil etmişdir.

2 may 2005-ci ildə BAMF ANAMA-nın dəstəyi ilə “Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” pilot layihəsini ABŞ Dövlət Departamenti SLQ/HSİ-nə təqdim etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur. Layihənin icrası nəticəsində yaradılmış Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) formalaşdırılmış və dövlət qeydiyyatından keçmişdir. 2007-ci ildə BAMF AMZA-nın Ağstafa və Fizuli rayonlarında regional bölmələrinin yaradılması layihələrini müsabiqə üçün təqdim etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur.

Layihələrin yerinə yetirilməsi nəticəsində minadan zərərçəkənlər müvafiq bilik və bacarıqlara yiyələnəcək, onlar üçün yeni iş yerləri yaradılacaqdır.

“AMZA-nın Fizuli regional bölməsinin yaradılması və Tərtər regional bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi” və “AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi” layihələri bütövlükdə ABŞ Dövlət Departamenti SLQ/HSİ tərəfindən 187.084 dollar məbləğində qrant vəsaiti ilə mükafatlandırılmışdır.

(c) 2018. IEPF