CRİNGO şəbəkəsi Bakı nöqtəsinin həyata keçirdiyi «Qaçqın ongünlüyü» (11-20 iyun 2007-ci il) layihəsinin iştirakçılarından biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) mətbuat konfransı keçirildi.Mətbuat konfransında Bakı şəhəri və onun ətrafında məskunlaşan qaçqın və məcburi köçkün gənclərin nümayəndələri və onların problemlərinin həlli ilə bağlı bir sıra təşkilatların-Təhsil Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul işçiləri, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının rəhbərləri, CRİNGO şəbəkəsi Bakı nöqtəsinin «Qaçqın ongünlüyü» layihəsinin digər kompanentlərini icra edən üzv təşkilatlarının nümayəndələri iştirak etdilər.
Mətbuat konfransında qaçqın və məcburi köçkün icmalarından olan gənclərin təhsil, sosial-məişət və digər problemləri ilə bağlı olan sualları Təhsil Nazirliyinin məsul işçisi Ağababa İbrahimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov tərəfindən cavablandırıldı, onlara əməli köməklik göstərilməsi yolları müəyyənləşdirildi.
“Həyat” təşkilatının əməkdaşı Fuad Məmmədov “Qaçqın ongünlüyü” layihəsinin digər kompanentləri- “Mənim evim, mənim dünyamdır” devizi altında keçirilən aksiyalar və «Gənclərin yaxın olan ölkədəki həmyaşıdına məktubu» adlı müsabiqənin nəticələri barədə məlmuat verdi. Sonra müsabiqənin iki qalibinə-Cəbrayıl rayonundan olan və mədəni-maarif texnikumunun üçüncü kurs tələbəsi Günel Məmmədovaya və Asiya universitetinin üçüncü kurs tələbəsi Rəhman İsmayılova mükafatlar təqdim olundu.
