Son on ildə ən çox jurnalist ölümü 2009-cu ildə qeydə alınıb. Bu barədə məlumat Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) yaydığı Dünya Mətbuat Azadlığı İcmalının 2009-cu il buraxılışında yer alıb. Son on il ərzində indiyədək ən yüksək rəqəm 100 olduğu halda, 2009-cu ildə 110 jurnalist öldürülüb. Buna görə də ötən il jurnalistlər üçün ən təhlükəli və ağır il hesab edilib.
İcmalda göstərilib ki, keçmiş onillikdə dünyada 735 jurnalist öldürülüb. Onların 170-i İraqda öldürülüb. Eyni zamanda, dünyanın əksər ölkələri də jurnalistlər üçün təhlükəli olub. Bu sırada ikinci yerdə Filippin, üçüncü yerdə Kolumbiya, dördüncü yerdə isə Meksika dayanır.
Rusiya jurnalist ölümünün sayına görə beşincidir. Bu ölkədə 35 jurnalist (2000-2009-cu illər üzrə) qətlə yetirilib.
BMİ-nin direktoru Devid Dədc ictimaiyyəti informasiya ilə təmin edən jurnalistlərin cəsurluğunun unudulmayacağını bildirərək, onların qatillərini tapmaq üçün hökumətlərə təzyiq göstərməkdə davam edəcəklərini deyib.
Son on ilin nəticələri, eləcə də mətbuat azadlığı BMİ-nin 11-14 sentyabr 2010-cu ildə Vyana və Bratislavada keçiriləcək Dünyası Konqresində müzakirə olunan əsas mövzu olacaq.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti
