BMT-nin Baş Katibi Ban Ki-Mun Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti barədə öz fikirini belə ifadə etmişdir<br /> Bizlər istər Qarabağda, istərsə də Ermənistanla həmsərhəd rayonlarımızda işğalçılar tərəfinindən atəşkəsin tez-tez pozulmasına, güllə və partlayiş səslərinə artıq alışmışıq. Bununla yanaşı başqa bir məsələ də insanlarımizi çox narahat edir. Söhbət Azərbaycan torpaqlarında ermənilərin basdırdıqları minalardan və onun günü bu gün də insanlarımıza yaşatdığı fəlakətdən gedir.<br />
Son illər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında həm minatəmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli işlər görülüb. Bu işləri görənlər arasında Beynəlxalq Avrasiya Mətbuat Fondu ön sıralarda gedir. Təşkilatın departament rəhbəri Siyab Məmmədovla söhbəti oxuculara təqdim edirik:
– Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil qeyri-hökumət təşkilatıdır. BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Amerikanın Dövlət Departamenti, Amerikanıfn Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA), habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə–Media və vətəndaş cəmiyyətinin inkişafı; Sülhməramlı aksiyalar və konfliktologiya; Qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Təşkilat 2000-ci ildən ölkədə qlobal bir problemin – mina probleminin həlli prosesinə də qoşulmuşdur.
Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarından biri kimi tanınır və özünün fəaliyyəti dövründə xeyli uğurlar qazanıb. Bu günkü söhbətimizdə təşkilatın ölkədə mina probleminin aradan qaldırılması sahəsində apardığı işlərdən və əldə etdiyi nəticələrdən söhbət açmaq iəstərdik. Deyin, əsasən media qurumu kimi tanınan BAMF necə oldu ki, mina aksiyasına qoşuldu?
– Bildiyimiz kimi, 90-cı illərin əvvəlləbində ölkəmiz informasiya blokadasına alınmışdı. Azərbaycan həqiqətlərinin dynya ictimaiyyətinin diqqətinə çatdırılmasında çətinliklər yaranmışdı. Belə bir vaxtda hazırda BAMF-ın sədri işləyən Umud Mirzəyev özünün jurnalist dostları ilə bu təşkilatı yaratdı, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri vəzifəsindən könüllü olaraq uzaqlaşdı, vətəndaş cəmiyyəti quruculuğu prosesinə qoşuldu. Beynəlxalq Avrasiya Mətbuat Fondu fəaliyyətə başladığı ilk dövrlərdən öz işini əsasən münaqişə bölgələrində qurub. 1992-96-ci illərdə həyata keçirilən «Evdə sülh, Ölkədə sülh, Cahanda sülh» layihəsi çərçivəsində xarici jurnalistlərin, xalq diplomatlarının, ziyalıların münaqişə bölgələrinə səfərləri təşkil olunub, Azərbaycan haqqında obyektiv informasiya toplanıb yayılmasında onlara yardım göstərilib. Regionda fəaliyyət göstərərkən biz erməni hərbi birləşmələrinin törətdikləri vəhşiliklərin nəticələrini, minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə baş verən fəlakətləri gözlərimizlə görmüş və onların aradan qaldırılması prosesində iştirak etmişik. Apardığımız tədqiqatlardan belə nəticəyə gəldik ki, atəşkəs haqqında razılıq əldə olunsa da ölkənin böyük bir regionunda yaşayan, habelə işğaldan azad olunan yaşayış məntəqələrinə qayıtmaq istəyən insanları yeni fəlakət-mina təhlükəsi gözləyir. Artıq ötən əsrin 90-cı illərinin axırlarında Azərbaycan Mina Təhlükəsi İlə Mübarizə Proqramına qoşuldu, ölkədə milli mina institutu olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yaradıldı. Ölkədə minatəmizləmə proqramı çərçivəsində elan olunan tenderin qaliblərindən biri kimi BAMF 2000-ci ilin sentyabr ayında BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi və ANAMA ilə müqavilə çərçivəsində «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat» layihəsi ilə mina aksiyasına qoşuldu. 2001-ci ilin avqust ayında layihə uğurla başa çatdı və Azərbaycanın erməni işğalından azad olunmuş və müharibədən zərər çəkmiş 11 rayonunun ərazisində əhali ilə sorğu əsasında (629 yaşayış məntəqəsində 75 min nəfərə yaxın insanla görüş keçirilib) regionda mina qurbanlarının statistikası hazırlandı, minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər müəyyənləşdirildi.
Sonra mina sahəsində fəaliyyətinizi davam etdirməyə başladınız…
– Mina aksiyasında mühüm komponent sayılan birinci səviyyəli tədqiqat bizə çox şey verdi. Biz Azərbaycanda mina probleminin xarakterini öyrəndik, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin regional xüsusiyyətlərinə bələd olduq, mina probleminin aradan qaldırılmasının metodologiyasını mənimsədik, yerli hakimiyyət orqanları ilə işləmək təcrübəsi qazandıq. Bütün bunların sayəsində BAMF-da səriştəli kadr potensialı formalaşdı və biz bu komandanın minatəmizləmə işlərinə cəlb olunması üçün maliyyə dəstəyi göstərməkdən ötrü Yaponiyanın Azərbaycandakı səfirliyinə müraciət etdik. Bu sahədə ANAMA bizə böyük dəstək verdi. Təklifimiz qəbul olundu. 2002-ci ilin fevral ayında BAMF-ın İcma Mina Aksiyası Komandasının yaradılması üçün Yaponiya Səfirliyi ilə müqavilə bağlandı, Yaponiya Səfirliyi-BAMF-ANAMA üçtərəfli memorandumu imzalandı. Dörd aylıq təlimlərdən sonra biz 12 nəfərlik mobil bir komanda ilə Xanlar rayonunun ərazisində minatəmizləmə əməliyyatlarına başladıq. Sonralar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə komandanın tərkibi genişləndirildi. 2002-ci ildən biz ANAMA-nın müəyyən etdiyi prioritetlər əsasında minatəmizləmə işlərini davam etdiririk. Hazırda İcma Mina Aksiyası layihəsində 80 nəfərdən çox təlim görmüş mütəxəssis çalışır.
2002-ci ilin sentyabr ayında biz daha böyük bir layihənin həyata keçirilməsinə başladıq. “Minların təsirinin tədqiqatı” adlanan bu layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdi və həm Amerikanın Tıdqiqat Əməliyyat Mərkəzi, həm də ANAMA ilə tərəfdaşlıq çərçivəsində icra olunurdu. Layihə Azərbaycanın 24 şəhər və rayonunu əhatə edirdi.
Bilirik ki, BAMF minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi istiqamətində də layihələr həyata keçirir. Bəlkə bu barədə bir neçə kəlmə danışasınız.
– Biz 2004-cü ilin iyun-oktyabr aylarında Avropa Komissiyasının maliyyə dəstəyi və ANAMA-nın tapşırığı əsasında «Azərbaycanda minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» layihəsini həyata keçirdik. Layihə bütün ölkəni əhatə elədi. Müxtəlif mənbələrdən toplanan informasiyalara görə ölkədə sağ qalan mina qurbanlarının sayı 2268 nəfər təşkil edirdi. Onlardan1883 nəfəri ilə sorğu aparıldı.
Sorğular zamanı aşkar edildi ki, bəzi şəhər və rayonlarda minadan zərərçəkənlərə lazımınca qayğı göstərilmir, onlar bir çox hallarda məmur özbaşnalığı ilə üzləşirlər. Bəlli oldu ki, minadan zərərçəkənlərin 477 nəfərinə əlillik dərəcəsi verilməmişdir (onların arasında əlillik dərəcəsi düşməyənlər də vardı) və bu şəxslər dövlətdən heç bir yardım almırlar. Bəlli oldu ki, minadan zərərçəkənlərin əsas poroblemlərindən biri də işsizlikdir. Axı onların arasında əməyə qadir olanları və işləmək istəyənləri çoxdur. Ümumiyyətlə, 1089 nəfər minadan zərərçəkənin ehtiyac içində yaşadığı aşkara çıxarıldı. Sorğuya cəlb olunan 1883 nəfərin 98 faizinin bu və ya digər şəkildə tibbi qayğıya ehtiyacı olduğu müəyyən edilib. Sonrakı mərhələdə Dövlət Sosial Müdafiə Fondu ilə, regionda fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyaları ilə və minadan zərərçəkənlərin problemlərinin həllinə cavabdeh olan digər qurumlarla faydalı əməkdaşlıq əlaqələri yarandı, onların köməyindən yararlandıq.
Layihənin icrasi nəticəsində biz minadan zəzrərçəkənlər haqqında daha zəngin informasiya bazası formalaşdırdıq. Əldə etdiyimiz informasiyalar sonrakı mərhələlərdə minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi istiqamətində qarşımızda yeni imkanlar açdı.
BAMF minadan zərərçəkənlərin ehtiyaclarının ödənməsi üçün bu imkanlardan yararlana bildimi?
– Əlbəttə. Layihənin icrası başa çatandan sonra biz yeni bir konsepsiya hazırladıq və onun həyata keçirilməsi üçün ANAMA ilə müzakirələr əsasında müxtəlif layihə təklifləri işlədik. Nəhayət təqdim etdiyimiz layihə təkliflərindən biri–“Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” layihəsi 2006-cı ilin may ayında ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsi tərəfindən maliyyə dəstəyi aldı. Layihə çərçivəsində 220 nəfərdən çox mina qurbanı ilə təkrar görüşlər keçirildi, onların tibbi qayğıdan tutmuş sosial problemlərinə qədər bütün ehtiyacları yenidən öyrənildi. Minadan zərərçəkənlərin özlərinin arasından 10 nəfər seçilib təlimlərə cəlb olundu. Onlara hüquq və idarəetmə, kiçik biznesin təşkili, mina təhlükəsinə dair maarifləndirmə, tibb və kompüter üzrə seminarlar keçildi. Məqsəd mina qurbanlarına müxtəlif bacarıq və vərdişlərin aşılanmasından, onların təşkilatlanması yolu ilə vətəndaş cəmiyyəti quruculuğu prosesinə cəlb edilməsindən, öz problemlərinin həllində özlərinin imkanlarının səfərbərliyə alınmasından ibarət idi.
Layihənin icrası dövründə minadan zərərçəkənlərə müxtəlif istiqamətlərdə yardımlar göstərildi, onların müəyyən problemləri həll olundu. Inanın ki, onlarla mina qurbanı şəxsiyyət vəsiqəsi, əlillik dərəcəsi, ünvanlı sosial yardım, ev tikmək üçün torpaq sahəsi ala bilməmişdi. Layihə çərçivəsində icra strukturları, hüquq mühafizə orqanları, sosial müdafiə fondu, bələdiyyə orqanları və digər əlaqədar təşkilatlarla görüşlər keçirdik, bu məsələləri onların diqqətinə çatdırdıq. Məhz bundan sonra bu problemlər uğurla həll olundu. Layihə dövründə bütövlükdə 70 nəfərə yaxın mina qurbanına hüquqi yardım göstərildi. Sağlamlıq durumu ağır və tibbi yardıma ehtiyacı olan 27 nəfər minadan zərər çəkmiş şəxs ANAMA-nın həyata keçirdiyi tibbi reabilitasiya proqramı çərçivəsində Mərdəkandakı əlillərin reabilitasiya mərkəzində müalicəyə göndərildi. Tərtər rayonunun Ağkənd kənd sakini, I qrup əlil Kamil Paşayevin yaşamaq üçün minimum şəraiti belə olmayan evi isə əsaslı şəkildə təmir olundu.
Bir sözlə, layihə uğurla başa çatdı.
– Bu bir pilot layihə idi və doğrudan da böyük uğur qazandı. Məhz bu layihədə əldə edilən nəticələrə görə BAMF 2007-ci ilin iyul ayında Minilliyin İnkişafı Proqramı çərçivəsində BMT-nin Cenevrə ofisində ”İnkişaf üçün qlobal tərəfdaşlıq yolu ilə yoxsulluğun aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi” adlı yenilikçi sərgidə iştirak edib. Sərgidə BMT-nin Baş Katibi, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) prezidenti, UNESCO-nun Baş Katibi və digər yüksək çinli şəxlər iştirak ediblər. Tədbirdə BAMF-ın gördüyü işlərlə yaxından tanış olan BMT-nin Baş Katibi Ban Ki-moon fəaliyyətimiz barədə öz fikirlərini təşkilatın xatrə kitabında belə ifadə etmişdir: “Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm”. Digər uğurlar ondan ibarət oldu ki, BAMF-ın dəstəyi ilə Azərbaycanda Minadan Zərərəçəkənlərin Assosiasiyası (AMZA) yaradıldı, Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və müstəqil struktur kimi fəaliyyətə başladı. Tərtər layihəsinin davamlılığı təmin olundu. BAMF 2007-ci ilin iyul ayından ABŞ Dövlət Departamentinin maliyyə dıəstəyi ilə “AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi” və “AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi” layihələrini həyata keçirir.
Söhbətdən görünür ki, artıq BAMF donorla işləmək təcrübəsinə mükəmməl yiyələnib.
– Bu təcrübə çoxdan formalaşıb. Ayrı-ayrı vaxtlarda BMT-nin İnkişaf Proqramının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Avropa Komissiyasının, Danimarka Qaçqınlar Şurasının, Yaponiya və İtaliya dövlətlərinin maliyyə dəstəyi ilə layihələr həyata keçirmişik. Bir neçə ildir ki, ABŞ Dövlət Departamentinin və Azərbaycan Dövlətinin maliyyə dəstəyi ilə layihələr icra edirik. Yeni donorlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də iş aparılır.
Sonda bilmək istərdik ki, hansı beynəlxalq və yerli qurumlarda təmsil olunursunuz?
– BAMF fəaliyyətinin hər üç istiqaməti üzrə geniş profilli fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, təşkilatımız Beynəlxalq Sülh Bürosununu (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), BMT-nin İqtisadi-Sosial Şurasının (ECASOC), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin, habelə Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli QHT Forumunun üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev BMİ-nun Azərbaycan Milli Komitəsinin rəhbəridir.
