ERASMUS Tələbə Şəbəkəsinin üzvü olan Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Ölkələrin tanıtım günləri” layihəsi çərçivəsində Azərbaycanda təhsil alan pakistanlı tələbələrlə birlikdə Gəncliyə yardım Fondunun ofisində “Pakistan Mədəniyyəti günü” adlı tədbir həyata keçirdi.<br /> BBTK-nin prezidenti, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə Milli Nümayəndəsi Aysəba Mirzəyeva qonaqları salamlayaraq tədbirin təşkil edilməsi məqsədlərindən və rəhbərlik etdiyi qurum barədə məlumat verdi:“Belə bir möhtəşəm tədbirdə – gənclərin «Pakıstanım mədəniyyət günləri» adlı mərasimdə bizimlə olduğunuza görə sizlərə dərin təşəkkürümü bildirirəm. Bu Bakı Beynəlxalq Tələbə Klubu tərəfindən ardıcıl olaraq keçirilən tədbirlərdən biri kimi beynəlxalq mədəni əlaqələrin dəstəklənməsinə, xüsusilə də Azərbaycanda oxuyan xarici dostlarımızla yerli tələbə icmalarının qarşılıqlı əlaqələrinin yaranıb möhkəmlənməsinə xidmət edir. Elə yarandağı ilk gündən Bakı Beynəlxalq Tələbə Klubu xarici tələbələri öz sıralarına və fəaliyyətinə cəlb etməyə çalışmış və bundan çox məmnunuq.
Hal-hazırda irqindən-dinindən asılı olmayaraq Bakı Beynəlxalq Tələbə Klubunun çoxsaylı xarici üzvləri var. Bakı Beynəlxalq Tələbə Klubu ölkəmizdə yeganə təşkilatdır ki, Azərbaycanda təhsil alan tələbələrlə birbaşa işləyir.“
O, tədbiri keçirməkdə əsas məqsədlərinin xalqlar arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdən, əcnəbi tələbələrə öz ölkələrini tanıtmaq imkanı yaratmaqdan ibarət olduğunu qeyd edərək Azərbaycan və Pakistan arasındakı münasibətlərdən söz açdı:”Azərbaycan və Pakistan İslam Respublikaları arasında çox isti əlaqələr vardır. Qonaqlarımız üçün yəqin ki, bilmələri maraqlı olardı, bəlkə də çoxu bilir, Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdən biridir. Elə o vaxtdan da hər iki dövlət demək olar ki, bütün istiqamətlərdə əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan və Pakistan İslam Respublikaları bir çox hallarda eyni mədəni dəyərləri bölüşür və bu dəyərlər iki ölkə arasında dig’r əlaqələrin də gücləndirilməsinə kömək edir. Bizim bu görüşün əsas məqsədi Pakistan xalqını, dövlətini və onun mədəniyyətini azərbaycanlılara və bizim xarici dostlarımıza daha yaxından tanıtmaqdır.”
Görüşdə Pakistanın Azərbaycandakı Konsulu Aqil Sabir çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Sonra BBTK-nın pakistanlı vitse-prezidenti Hamza Aqil ölkəlri haqqında geniş məlumat verdi.
Tədbirdə həmçinin Pakistanın rəqsləri, ölkənin milli adət və ənənələrini əks etdirən səhnələr nümayiş etdirildi. Sonda qonaqlara Pakistan milli mətbəxindən olan yeməklər verildi.
Mərasimdə Pakistanın ölkəmizdəki səfirliyinin əməkdaşları ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Bakıda dövlət və özəl universitetlərdə təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, KİV mənsubları iştirak edirlər.
