Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) İcma Mina Aksiyası komandasının əməliyyat meneceri Ramil Əzizovun verdiyi xəbərə görə, mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində iki ədəd partlamamış 130 mm-lik top mərmisi tapılıb.
Aşkar edilən partlamamış hərbi sursatlar ANAMA-nın tapşırığı ilə İcma Mina Aksiyası komandasının mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.
Mərmilərin yeri barədə məlumatı İcma Mina Aksiyası komandasına Laçın rayonundan məcburi köçkün olan, hazırda isə həmin ərazidə yaşayan iki azyaşlı uşaq verib.
Qeyd edək ki, həmin uşaqlar bir neçə il əvvəl belə mərmilərin partlayışı nəticəsində sağlamlıqlarını itiriblər.
