2009-cu il iyunun 6-dan 9-dək Finlandiyanın paytaxtı Helsinki şəhərində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresi və 58-ci Baş Assambleyası keçiriləcək. Tədbirin açılışında BMİ-nin sədri Yan Virkkunen, BMİ-nin direktoru Deyvid Dədc və Finlandiya parlamantinin spikeri Sauli Niinisto çıxış edəcək. Dünya jurnalistlərinin bu möhtəşəm toplantısında “Şimal demokratiyası – dünyaya dərsdirmi?”, “Qapıda ayı – Rusiyanın dirçəlişi və yeni soyuq müharibənin başlanğıcımı?”, “Beynəlxalq maliyyə böhranı və media”, “Asiya kapitalizmi – iqdisadiyyat azad mediasız mövcud ola bilərmi?”, “Yeni media və gələcəkdə xəbərlərin yayılma yolları” mövzusunda məruzələr dinləniləcək, o cümlədən mətbuat azadlığı problemi və digər qlobal məsələlər ətrafında müzakirələr aparılacaq. İyunun 9-da – toplantının bağlanış mərasimində Finlandiya prezidenti Tarja Halonen iştirak edəcək.
Tədbirdə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kəbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət iştirak edəcək.
BAMF-ın informasiya departamenti
