Beynəlxalq Mətbuat İnstitutu bu məqsədlə ilk biznes forum təşkil edəcək
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 2009-cu ilin 12-13 noyabrında Avstriyanın Baden şəhərində maliyyə və iqtisadi məsələlərə həsr olunmuş ilk biznes forumunu keçirəcək. Bu sahə üzrə fəaliyyət göstərən aparıcı media nümayəndələrinin, redaktor və jurnalistlərlərin iştirak edəcəyi forumda biznes və maliyyə məlumatlarının yayılması ilə bağlı müzakirələr aparılacaq.
Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) BMİ-dən məlumat verilib. Foruma kütləvi informasiya vasitələri nümayəndələri ilə yanaşı, biznes rəhbərləri, mütəxəssislər, hüquqşünaslar və elm adamları da qatılacaqlar. “Bu, biznes adamları ilə mətbuat nümayəndələrinin görüşü ilə yanaşı, həm də bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir”- deyən BMİ-nin direktoru Deyvid Dədc bildirib ki, bu məsələlərlə bağlı jurnalistlər bəzən çox dərinə gedirlər: “Bəzən jurnalistlər iqtisadiyyat və maliyyə məslələrinini tarixini göstərmək üçün çox dərinə gedirlər – bu, bizə lazımdırmı? Çağdaş iqtisadi və maliyyə məsələləri ilə bağlı cəmiyyətə yetərincə məlumatlar verilirmi?” Bu kimi sualların geniş müzakirə olunacağı forumda BMİ-nin biznes üzrə mükafatlarının verilməsi məsələsi də nəzərdən keçiriləcək.
Qeyd edək ki, forumda iştirak etmək istəyənlərin qeydiyyatına artıq başlanıb.
BAMF-ın İnformasiya
Departamenti
