Azərbaycan jurnalistlərinə sürpriz hazırlanır

18.07.2009 · 1478 baxış

umud-rc999himogluAzərbaycan Milli Mətbuatının yaranmasının 134 illiyi münasibəti ilə jurnalistlərə sürprizlər hazırlanıb. Bu barədə APA-ya açıqlamasında Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib. Fondun Müşahidə Şurasının sədri deyib ki, Milli Mətbuatın yaranmasının ildönümü iyulun 22-də Bakı Əyləncə Mərkəzində keçiriləcək.

Onun sözlərinə görə, Mətbuat Şurası ilə birlikdə təşkil etdikləri tədbirə təxminən 250 nəfər dəvət olunacaq: “Bu il peşə bayramı münasibətilə jurnalistlərin fəxri adlarla təltif olunacağı gözlənilməsə də, onlara sürprizlər hazırlanıb. Bütün bunlar sürpriz olduğu üçün ətraflı məlumat verə bilmərəm. Hələlik onu deyim ki, ayrı-ayrı jurnalistlərə və redaksiyalara mükafatlar veriləcək. Hər şey iyulun 22-də məlum olacaq”.

U. Rəhimoğlu, həmçinin mətbuatın inkişafı ilə bağlı elan etdikləri müsabiqəyə redaksiyalar tərəfindən layihələrin təqdim olunma prosesinin davam etdiyini deyib.

(c) 2018. IEPF