Veronika Kotek KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ilə görüşüb

16.09.2009 · 1229 baxış

<img src="http://www.iepf-ngo.org/wp-content/uploads/2009/09/AS_1-120x77.jpg" alt="AS_1" width="120" height="77" align="left" class="alignleft size-thumbnail wp-image-737" />Bu gün Avropa Şurasının Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda olub.V.Kotekin istəyi ilə reallaşan görüşdə o, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaranması məqsədi və fəaliyyəti ilə maraqlanıb.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli Fondun yaranmasından, fəaliyyətindən danışaraq qonağı maraqlandıran suallara cavab verib. O, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi layihə müsabiqəsindən söz salaraq deyib: “1 iyul 2009-cu il tarixdə elan edilmiş müsabiqədə iştirak etmək üçün 112 layihə təklifi təqdim olunmuşdu. Təqdim olunan sənədlərin ilkin araşdırılması zamanı məlum olmuşdur ki, onlardan 25-i lazım olan sənədləri təqdim etməmiş və ya lazımi qaydada tərtib etməmişdir. Ekspertlərə qiymətləndirmə üçün 87 layihə təqdim edilmişdir. Qiymətləndirmədə 12 ekspert iştirak etmişdir. Onlar media və layihələrlə iş sahəsində təcrübəsi olan, respublikada tanınan mütəxəssislərdir. Hər layihəyə 3 ekspert qiymət vermişdir. Qiymətlər ümumiləşdirilmiş və məlum olmuşdur ki, 15 layihə zəruri keçid balını toplaya bilməmişdir. 17 layihə isə ümumilikdə zəruri keçid balını toplasa da, öz istiqamətində digər layihələrdən az bal topladığı üçün qalib ola bilməmişlər. Təqdim olunan 55 layihə müsabiqənin qalibi olmuşdur. Onlardan 30-u qəzet, 13-ü informasiya agentlikləri, 6-ı jurnalist təşkilatları və 6-ı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir”.

V.Səfərli Fondun ilin sonuna qədər görəcəyi işlər barədə də qonağı məlumatlandırıb.

Sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu Azərbaycanda söz və mətbuat azadlığı haqqında danışıb. U.Rəhimoğlu Fondun yaradılmasının əhəmiyyətindən danışarkən bunları deyib: “Məlum olduğu kimi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu yaxınlarda ilk layihə müsabiqəsinin nəticələrini müəyyənləşdirərək onu cəmiyyətə elan etdi. Bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Sözsüz ki, iş olan yerdə müəyyən nöqsanlar, narazılar da olur. Nəticədən narazı qalanların şikayətinə Apellyasiya komissiyasında baxıldı. Şikayətçilərə layihələrin qüsurları və çatışmazlıqları izah olundu. Çalışacağıq ki, növbəti mərhələdə Fondun işini daha yaxşı quraq. Mən inanıram ki, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun səmərəli fəaliyyəti Azərbaycanda medianın və vətəndaş cəmiyyətinin inkişafına öz bəhrəsini verəcək”.

Müxtəlif mövzularda müzakirələr aparılan görüşdə V.Kotek Avropa Şurasının Fondla birgə layihələr həyata keçirilməsinin mümkünlüyünü bildirib.

V.Kotek görüşdən məmnun qaldığını qeyd edərək belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

(c) 2018. IEPF