ANAMA-nın baş direktoru Nazim İsmayılov Umud Rəhimoğlunu yubiley münasibəti ilə təbrik edib

11.02.2011 · 2003 baxış

<b>Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin baş direktoru Nazim İsmayılov şair-publisist, ictimai xadim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edib. BAMF sədrinə ünvanlanan məktubda deyilir:</b>

“Hörmətli Umud müəllim! Sizi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) kollektivi adından 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı və uğurlar arzulayıram.

Siz uzun müddətdir ki, ANAMA ilə sıx əməkdaşlıq edərək, Respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bir sahədə fəaliyyət göstərirsiniz.

Bununla yanaşı, Siz jurnalistika sahəsində məhsuldar çalışaraq nailiyyətlər əldə etmisiniz. Sizin Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundakı ictimai fəaliyyətinizi xüsusi ilə qeyd etmək istərdim.

Ümid edirəm ki, Siz bu faydalı əməyinizlə gələcəkdə də Respublikamızın inkişafına yeni-yeni töhfələr verəcəkdir”.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF