Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bir qədər əvvəl Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə azadlığa buraxılıb. Məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsinə və işin xitamına qərar verib.
“Media forum” saytı xatırladır ki, A.Mərzili aprelin 7-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiasıyla A.Mərzilinin bir il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı. O, Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinirdi.
