“Avrasiya-Kredit” təşkilatı İnvestorlar Yarmarkasında iştirak edib

04.10.2011 · 1642 baxış

<b>Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən “Azərbaycanda artıq borclanmaya qarşı mübarizə” mövzusunda İnvestorlar Yarmarkası keçirilib. Bu barədə Bank olmayan “Avrasiya-Kredit” MMC-nin tədbirdəki təmsilçisi Aqil Bayramov məlumat verib. Onun sözlərinə görə, tədbirdə AMA-nın icraçı direktoru Jalə Hacıyeva, ABŞ-ın ölkəmizdəki səfiri cənab Metyu Brayza, AMA-nın sədri Süleyman Kələşov, ResponsAbility Sosial İnvestments AG şirkətinin rəhbəri Sebastyan Duke, Azərbaycan Mərkəzi Bankının Baş Meneceri Rəşad Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış ediblər.</b>

Tədbirdə respublikada fəaliyyət göstərən bir sıra bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Bank olmayan “Avrasiya-Kredit” MMC tədbirdə xüsusi statusda –“Gümüşü Partnyor” qismində iştirak edib.

“Mikromaliyyə sektorunda müştəri mühafizəsi və ədalət”, “Mikromaliyyədə kommersiya məqsədi və dayanıqlı təkrar maliyyə” mövzusunda müzakirələr aparılıb.

Eyni zamanda, İnvestorlar Yarmarkasında sessiya zamanı BOKT-lər və banklar investisiyalar cəlb etmək, innovativ texnologiyaları tətbiq etmək məqsədi ilə xarici investorlar və texniki xidmət təminatçıları ilə birbaşa ünsiyyətdə oldular.

“Avrasiya-Kredit”-in informasiya
departamenti

(c) 2018. IEPF