<b>4 sentyabr 2014-cü il tarixində Gəncə şəhərində UNİCEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə şəhər görüşü keçirilmişdir. Görüşdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının ictimai-siyasi, humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, UNİCEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları Aida Ailarova, Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ayaz Mirzəyev, Azərbaycan Gənclərinə Dəstək Proqramı Layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib. </b>
Layihə çərçivəsində yaradılan Gəncə Gənclərinə Dəstək Qrupunun lideri Nuranə Namazlı Gəncə şəhərində zərərli vərdişlərə qarşı təbliğat kompaniyası keçirməklə bağlı layihə təklifi irəli sürdü. Təkliflər şəhər rəhbərliyi ilə birgə müzakirə edildi və qərara alındı ki, tam layihə təklifi növbəti həftə icra hakimiyyətinə təqdim edilsin. Bundan başqa tədbir zamanı layhə çərçivəsində Gəncə şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq konfransla bağlı məsələlər də müzakirə edildi. Tədbirin sonunda Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ilə qrup lideri Nuranə Namazlı keçiriləcək layihələrlə bağlı anlaşma protokoluna imza atdılar.
BAMF-ın İnformasiya Departamenti








