<b>27 Avqust 2014-cü il tarixində Kürdəmir rayonunda "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Kürdəmir rayon rəhbərliyi və Kürdəmir Gənclərinə Dəstək Qrupunun iştirakı ilə şəhər görüşü keçirilmişdir. Görüşdə Kürdəmir rayon icra hakimiyyəti başçısının I müavini Tacəddin Novruzov, İctimai-siyasi şöbənin müdiri xanım Vəsilə Əsgərli, Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentinin rəhbəri Ayaz Mirzəyev, Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Faiq İbrahimov iştirak edib.</b>
Tədbirdə gənclərin zərərli vərdişlərə qarşı maarifləndirilməsi, bu məsələlərlə bağlı onlarda mənfi fikir oyatmağın yolları müzakirə olunub. Tədbirdə çıxış edən Kürdəmir rayon icra hakimiyyətinin ictimai siyasi şöbəsinin müdiri Vəsilə Əsgərli bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu qeyd etdi.

BAMF-nun sədri Umud Mirzəyev təşkilat haqda, onun ölkədə həyata keçirdiyi layihələr haqda və bu layihənin əhəmiyyəti haqda məlumat verdi.

BAMF-nun Proqram Departamentinin rəhbəri Ayaz Mirzəyev layihə haqda və bu günədək görülən işlər haqda məlumat verdi.

Layihə koordinatoru Qiyas Abasov layihə çərçivəsində həyata keçirilən “Gənc konsultasiyaları” və onların nəticələri haqda məlumat verdi.

Sonda Kürdəmir Gənclərinə Dəstək Qrupu zərərli vərdişlərə qarşı mübarizə mövzusunda strategiyanı təqdim etdi və rayon rəhbəliyi ilə dəstək qrupu arasında qarşılıqlı razılaşma protokolu imzalandı.
BAMF-ın İnformasiya Departamenti
