<b>UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində 8 avqust 2014-cü il tarixində İmişli rayonunda görüş keçirilib. Görüşdə İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım Cabbarova , icra hakimiyyətinin İctima-siyasi humanitar şöbəsinin baş məsləhətçisi Nazim Əzimov , rayonun Gənclər və idman idarəsinin rəis müavini Ramin Fərəcov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov iştirak ediblər .</b>
Layihə çərçivəsində yaradılmış İmişli Gənclərinə Dəstək Qrupunun rəhbəri Kəmalə Həsənova layihələr və yeni təkliflər haqqında çıxış edib. Dəstək qrupunun üzvü olan digər gənclər də fikirlərini bildiriblər .Sonda İcra hakimiyyətinin təmsilçiləri bu tipli görüşlərin təşkilinə dəstək verəcəklərini və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaqlarını vəd ediblər . Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması ilə sona çatıb. Protokolda İmişlinin seçilmiş bir neçə məntəqəsində gənclər arasında zərərli vərdişlərlə bağlı birgə seminarın təşkil olunması , həftənin bir günü qəsəbənin seçilmiş ərazisini tullantılardan təmizləmək və bukletlər paylamaq , İcra Hakimiyyətinin bu tədbirlərin təşkilində dəstək göstərməsi və rayon rəhbərliyinin özünün birbaşa bu tədbirlərə qatılması öz əksini tapıb.
BAMF-ın İnformasiya Departamenti



