Azərbaycan Gənclərinə Dəstək Proqramı – Naftalan

28.08.2014 · 925 baxış

<b>28 Avqust 2014-cü il tarixində UNİCEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Naftalan şəhərində, Naftalan şəhər rəhbərliyi ilə Naftalan Gənclərinə Dəstək Qrupunun iştirakı ilə şəhər görüşü keçirildi. Tədbirdən əvvəl Naftalan şəhər İcra Hakimiyyətinın Başçısı Natiq Aslanovla görüşən BAMF sədri Umud Mirzəyev şəhərdəki yenidənqurma işləri, gənclər üçün yaradılacaq şərait, gələcək planlar haqda söhbət apardılar. </b>

Daha sonra şəhər rəhbərliyi ilə Dəstək qrupunun şəhər toplantısı keçirildi. Görüşdə Naftalan şəhər İcra Hakimiyyətinin İctimai- siyasi şöbəsinin müdiri xanım Afət Cabbarova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak etdi. Tədbirdə şəhər gənclərinin asudə vaxtlarını səmərəli keçirmələrinin yolları, yaradılan şərait və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmaları müzakirə olundu. Tədbir zamanı Naftalan Gənclərinə Dəstək Qrupunun lideri Ayxan Əskərov gəncləri zərərli vərdişlərdən yayındırmaqla bağlı strategiyanı təqdim etdi. Tədbirin sonunda şəhər rəhbərliyi və dəstək qrupunun rəhbəri arasında anlaşma protokolu imzalandı.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF