<b>29 Avqust 2014-cü il tarixində UNİCEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” (AGDP) layihəsi çərçivəsində Şirvan şəhərində Şirvan şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavininin baş məsləhətçisi Samirə İsmayılovanın iştirakı ilə şəhər görüşü keçirildi. Görüşdə BAMF-nun Proqram Departamentinin əməkdaşı və AGDP layihəsinin koordinatoru Qiyas Abasov və BAMF-nun Proqram Departamentinin əməkdaşı Faiq İbrahimov iştirak etdi. Görüşdə Şirvan şəhər gənclərinin narahat olduqları bir sıra məsələlər müzakirə olundu. </b>
İyun ayında keçirilən gənc konsultasiyalarının nəticələrinə əsaslanaraq Şirvan Gənclərinə Dəstək Qrupunun lideri Aysun İmanova “zərərli vərdişlər” xüsusən də narkomaniya və siqaret alüdəçiliyinə qarşı mübarizə strategiayasını təqdim etdi. Tədbirdə çıxış edən Şirvan şəhər icra hakimiyyətinin əməkdaşı Samirə İsmayılova narkomaniyaya qarşı mübarizə ilə bağlı şəhərdə həyata keçirilən tədbirlər haqda danışdı. Tədbirin sonunda Şirvan şəhər icra hakimiyyətinin əməkdaşı Samir İsmayılova və Şirvan Gənclərinə Dəstəq Qrupunun lideri Aysun İmanova anlaşma protokoluna imza atdılar.
BAMF-ın İnformasiya Departamenti




