Azərbaycan qonaqpərvərliyi təkcə xarici qonaqlara göstərilən yaxşı münasibətlə və ya Azərbaycanlıların təqdim etdiyi müxtəlif çeşidli mətbəx nümunələri ilə məhdudlaşdırılmamalıdr. (oxu: Azərbaycan qonaqpərvərliyi – I hissə). Azərbaycan qonaqpərvərliyi bütünlüklə insanların yaşayış tərzini ehtiva edir. Onun özəlliyi müxtəlif mədənəiyyətləri, dinləri, inancları və mənşəyi təmsil edən insanların xoş qarşılanması və qəbuludur.
Azərbaycan xalqına türk əsilli əsl Azərbaycanlılardan başqa digər etnik-milli azlıqlar – talışlar, tatarlar, ləzgilər, yəhudilər, tatlar, avarlar, kürdlər, ukraynalılar, ruslar, ermənilər, dağ yəhudiləri, udilər, gürcülər, qırızlar, polyaklar, xınalıqlar və buduqlar da daxildir. Azərbaycana gələn hər bir əcnəbi bu fərqi hiss edir ki, buradakı etnik qruplar Azərbaycanlılarla eyniləşdirilirlər və bu da xalqın birliyini qorumağa kömək edir. Bu etnik qrupların mövcudluğunda heç bir qeyri-bərabərlik yoxdur və bu birgəyaşayış Azərbaycanlılarla xaricilərin əlaqələrinə əhəmiyyətli dərəcədə təsir edir.
Azərbaycana gələn qonaqlar paytaxt Bakının küçələrini gəzərkən burda müxtəlif xalqların restoranlarına rast gələ bilərlər. Bunlardan ən məşhurları Çin, Hong Kong, ərəb, hind, Pakistan, İran və unudulmaz türk restoranlarıdır. Bunlar hamısı Azərbaycanlılar və əcnəbilər tərəfindən himayə edilir. Lakin bir çoxları mənimlə razı olar ki, Azərbaycan mətbəxinin elə nümunələri var ki, dunyada tanınmış xörəklərdən geri qalmır və hətta onlardan da yaxşıdır.
Çox sadə bir sübutdur ki, bütün bu müxtəlif xalqlara mənsub restoranlar ona görə Azərbaycanda mövcuddur ki, burda dünyanın müxtəlif yerlərindən nümayəndələr tapmaq olar. Beynəlxalq neft şirkətləri tərəfindən Xəzər dənizində neftin istismar edilməsi ilə Azərbaycan iqtisadiyyatında baş verən inkişaf nəticə
sində dunyanın bu hissəsinə xaricilərin böyük axını baş verdi. Bir neçə il bundan əvvəl Azərbaycan Sovet İttifaqından ayrılmamışdan əvvəl ölkəyə gələnlər yalnız təhsil almaq məqsədilə gələnlərlə məhdudlaşırdı. Misal üçün, mən Nigeriyadan Azərbaycana gəlməmişdən əvvəl təxminən on doqquz yaşında olan cavan bir qız ilə tanış olmuşdum, onun anası Azərbaycanlı, atası isə Nigeriyalı idi. Bu onu sübut edir ki, hətta iyirmi il əvvəl də , Nigeriyalılar Azərbaycana təhsil almaq üçün gəlirdilər. Xarici tələbələrin əsas seçimlərindən biri həmişə Azərbaycan Neft Akademiyası olub – hansı ki, dunyada ən yaxşı universitetlərdən biridir.
Ölkənin inkişafında bəzi mərhələlər sadəcə olaraq labüddür. Tarixin bu mərhələsində Azərbaycan bura müvəqqəti sakinlər və ya turistlər kimi gələn çoxlu sayda əcnəbiyə şahidlik edir. Azərbaycan xalqı dəfələrlə sülhü sınaqdan keçirib. Bu bir çox qarşıdurmalarla zəngin 1992-1995 illər ərzində qabaqcadan xəbər veriləcək şey deyildi. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinə yenidən gəlişi milli sülhə səbəb olan əsas faktordur. Ölümündən bir neçə il keçməsinə baxmayaraq məhz bu fakt Azərbaycan xalqının hələ də onu xatırlamasının əsas səbəbidir. Bura həmçinin Heydər Əliyevin nüfuzunu da əlavə etmək olar, o, böyük neft şirkətlərinin Xəzər dənizi sularında neftin istismarı sahəsinə daxil olmasına və “Əsrin müqaviləsi” adlanan sazişin bağlanmasına nail olmuşdur.
Neftin satışından gələn gəlir hesabına Azərbaycan hökuməti paytaxt Bakını abadlaşdırır. Demək olar ki, hər bir küçədə istirahət üçün park tapmaq olar, burda yeniləşdirilmiş və abadlaşdırılmış Bulvar – Milli Park var, ölkənin hər bir şəhərində hətta mərkəzdən uzaq rayonlarda da muzey tapmaq mümkündür, eyni zamanda hündür binalar da tikilir. Bu da tərəqqi edən xalqın böyük potensialla daha çox naliyyətlər əldə edə biləcəyiniin işarəsidir.
Azərbyacan qonaqpərvərliyinin ifadə olunmasının bir çox vasitələri var. Məsələn toy kimi mərasimlər zamanı. Mən Azərbaycanda bir çox toy şənliklərində olmuşam və həqiqətən böyük həzz almışam. Toy şənlənmək, təmtəraqlı yeməklər, rəqslərlə xarakterizə olunur. Toyların birində mən Amerika step rəqsinə oxşayan Azərbaycan rəqs hərəkətlərini öyrənərkən heyrətləndim. Rəqsi öyrənmək çətin olmadı, çünki, hamı mənə rəqs bacarıqları ilə yardımçı olmağa hazır idi. Mən ritmi tez tutdum və həmin anlarda müşaiyət olunan ab-havaya qoşuldum.
Azərbaycan qonaqpərvərliyini hiss edə biləcəyin digər sahə sadə nəzakətlə müşaiyət olunan qarşılamadır. Cinsindən, milliyyətindən və dərisinin rəngindən asılı olmayaraq hamını burda ilk görüşdə yanaqdan öpməklə qarşılayırlar. Bu, keçmişdən gələn adətdir və nəsildən nəsilə keçir.
Burda həmçinin bir sıra əcnəbilərin narazılığına səbəb olan hallar da var, lakin Azərbaycan qonaqpərvərliyinin müsbət tərəfləri daha çox tərifəlayiqdir və bu narazılıqları kölgədə qoyur. Şübhəsizdir ki, Azərbaycan xalqı hələ ki, qonaqlarının axırıncısını görməmişdir. Hədsiz qonaqpərvərlik təcrübəsinə əsaslanaraq belə demək düzgün çıxardı ki, Azərbaycan həqiqətən çiçəklənmə dövrünə doğru irəliləyir.
İngiliscədən tərcümə: Nigar Bağır.
Nik Nvolisa Bakıda yaşayan Nigeriyalı tələbədir. O, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edir, qaçqın və məcburi köçkünlərin işləri üzrə məsul şəxsdir. Niklə aşağıdakı e-poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar: [email protected]. İnternet: nickymedia.blogspot.com.
