BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb. Bu barədə BAMF-ın İnformasiya departamentindən məlumat verilib. Məlumata əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, gigienik ləvazimatdan ibarət yardımların əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Tərtər və Füzuli rayonlarında paylanılıb.
Tərtərdə 764, Füzulidə isə (Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün salınmış 5 yaşayış məntəqəsində) 2097 qaçqın və məcburi köçkün ailəsinə paylanıb.
Qeyd edək ki, BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilat Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq artıq üçüncü dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçirir.
Xatırladaq ki, paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.
BAMF-ın informasiya
departamenti
