BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT Bölməsinin 22 yanvar - 02 fevral 2007-ci ildə keçirilən növbəti daimi iclasında beynəlxalq təşkilat olaraq BAMF-ın Xüsusi Məşvərətçi Statusla quruma üzv qəbul edilməsi tövsiyyə olunmuşdu.ECOSOC-un 2007-ci ilin iyul ayında keçirilən substantiv iclasında BAMF-a Xüsusi Məşvərətçi Statuslu üzvlüyün verilməsi qərara alınmışdır.
Bundan sonra BAMF BMT-yə – BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına, Cenevrə və Vyana şəhərlərindəki ofislərinə öz nümayəndələrini təyin edə bilər. Nümayəndənin daimi olaraq BMT-də təmsil olunması məşvərətçi əlaqəlarin müddəalarının daha səmərəli və məhsuldar həyata keçirilməsinə imkan verəcəkdir. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF indi BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdirlər.
