BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı hesabatı BMT-yə təqdim olundu

23.02.2011 · 1063 baxış

<b>Fondun hesabatı 2011-ci ilin iyulunda ECOSOC-da müzakirə olunacaq</b><br /> <br /> Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) dörd illik fəaliyyəti ilə bağlı hesabat təqdim edib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, 2007-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının üzvü olan BAMF tərəfindən keçən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. O, BAMF-ın BMT-nin əksər nüfuzlu beynəlxalq tədbirlərində iştirak etdiyini, müxtəlif müzakirələrdə aktiv olduğunu xatırladıb. U.Rəhimoğlu Minilliyin İnkişafı Hədəfləri çərçivəsində BMT-nin 2010-2015-ci illər üzrə fəaliyyət proqramının hazırlayan işçi qrupuna daxil olduğunu da deyib. <br />

Ötən il özünün və BAMF nümayəndəsinin də Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sammitində, BMT-nin Baş Qərargahında keçirilən sammitin yüksək səviyyəli zirvə toplantısında iştirakını da xatırladan U.Rəhimoğlu qrumun bu sahədəki fəaliyyətinin artırılacağını deyib.

Qeyd edək ki, BAMF BMT-nin bir çox qurumları ilə – BMT QAK, UNDAF, UNİCEF, UNESKO, BqMT- və sairə ilə yaxından əməkdaşlıq edir, yaxud da birgə əməkdaşlıq üçün müzakirələr aparır. Bu istiqamətdə BAMF öz imkanları hesabına Azərbaycandakı qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, müharibədən zərərçəkən insanlara beynəlxalq humanitar yardımların çatdırılmasında yaxından iştirak edir. BMT-nin ictimai informasiya departamenti ilə birlikdə BAMF ötən il bir neçə layihə kerçəkləşdirib.

BAMF-ın hesabatı 2011-ci ilin iyulunda ECOSOC-da müzakirə olunacaq.

BAMF- informasiya
departamenti

(c) 2018. IEPF